Maliyyə Nazirliyində yarım milyonqluq təmizlik
Kiyevdə Təhlükəsizlik Xidmətinin binasını partlatmaq istədi
Əhalinin banklara nə qədər kredit borcu var?
Ukrayna Ali Radası Ruben Vardanyanı cəzalandırmağa çağırdı
“TikTok“ dini ziyarətgaha aparmaq adıyla 13 nəfərin pulunu ələ keçirdi
Onlayn kredit almaq istəyənlərin NƏZƏRİNƏ
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
“Nimesil“in satışı qadağan edildi: Əks təsirləri nədir?
AYNA rəhbərliyi jurnalistlərə trolluq təklif edib?
Ruslar Poltavada yaşayış binasını vurdu


10.06.2019  22:54 

“Təxribatlar danışıqların mahiyyətinə zərbə vurmaq cəhdidir” - XİN





A+  A-

“Düşmən qüvvələrin düşərgəsində kim kimi idarə edir məsələsində böyük qarışıqlıq mövcuddur. Aydındır ki, Ermənistan rəhbərliyi yalan bəyanatlar verməklə məsuliyyətdən yayınmağa çalışır. Bu ölkənin müdafiə naziri isə Azərbaycan hərbi qulluqçusunu məhv etmək əmrini yerinə yetirənləri şəxsən mükafatlandırmaqla Ermənistanın işğalçı dövlət olduğunu etiraf etmiş olur. Bu, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalında bilavasitə iştirak etdiyinin bariz sübutudur”.
XəzərNews.az xəbər verir ki, bu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

Ermənistanın müdafiə nazirinin Azərbaycan hərbi qulluqçusunu qətlə yetirən Ermənistan silahlı qüvvələrinin nümayəndələrini yüksək mükafatlandırmaya təqdim etməsi ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına münasubət bildirən Leyla Abdullayeva qeyd edib ki, Ermənistan müdafiə nazirinin bu hərəkəti, həmçinin bu ölkənin beynəlxalq vasitəçiləri aldatdığını və onlara hörmətsizlik etdiyini açıq şəkildə nümayiş etdirir: “Xatırladırıq ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə səfəri zamanı Ermənistan silahlı qüvvələri snayper atəşi ilə qanlı təxribat törədib və bölgə səfəri ilə bağlı həmsədrlərin bəyanatından bir-neçə gün sonra Ermənistan yenidən qanlı cinayətə əl atıb. Təəssüflə qeyd etmək istərdik ki, məhz Ermənistanın məsuliyyətsiz davranışı nəticəsində bölgə yüksələn gərginlik astanasındadır. Ermənistanda müharibə tərəfdarlarının törətdiyi bu təxribatlar münaqişənin həlli üzrə aparılan danışıqların mahiyyətinə zərbə vurmaq cəhdidir. Bir daha vurğulayırıq ki, hadisələrin bu istiqamətdə inkişafının bütün məsuliyyəti Ermənistan tərəfinin üzərinə düşür”.

Xəbər 1786 dəfə oxunub.




01.02.2025  12:38 

Qusarda avtomobildə meyit TAPILIB


BÜTÜN XƏBƏRLƏR +