Maliyyə Nazirliyində yarım milyonqluq təmizlik
Kiyevdə Təhlükəsizlik Xidmətinin binasını partlatmaq istədi
Əhalinin banklara nə qədər kredit borcu var?
Ukrayna Ali Radası Ruben Vardanyanı cəzalandırmağa çağırdı
“TikTok“ dini ziyarətgaha aparmaq adıyla 13 nəfərin pulunu ələ keçirdi
Onlayn kredit almaq istəyənlərin NƏZƏRİNƏ
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
“Nimesil“in satışı qadağan edildi: Əks təsirləri nədir?
AYNA rəhbərliyi jurnalistlərə trolluq təklif edib?
Ruslar Poltavada yaşayış binasını vurdu


01.02.2025  13:52 

255 min nəfər pulu olmadığı üçün ərzağı nisyə alıb





A+  A-

Ötən il Azərbaycanda təxminən 254,5 min nəfər pulu olmadığı üçün ərzaq məhsullarını nisyə alıb.

XəzərNews.az yeniavaz.com-a istinadla xəbər verir ki, bu məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.

Açıqlanan məlumatda bildirilir ki, pulu olmadığı üçün ərzaq məhsullarını nisyə almaq məcburiyyətində qalan ev təsərrüfatlarının onların ümumi sayında xüsusi çəkisi 2,5%-ə bərabər olub.

2024-cü ildə Azərbaycan əhalisinin sayı 10 milyon 180,8 min nəfər olub. Hər bir ev təsərrüfatının payına orta hesabla 4,23 nəfərin düşdüyünü nəzərə alsaq, ölkədə təxminən 2 milyon 407 min ev təsərrüfatı olur. Ev təsərrüfatlarının 2,5%-i isə təxminən 60 min 175-ə bərabərdir. Bu da o deməkdir ki, 2024-cü ildə Azərbaycanda təxminən 254,5 min nəfər pulu olmadığı üçün ərzaq məhsullarını nisyə alıb.

Məlumat üçün bildirək ki, pulu olmadığı üçün ərzaq məhsullarını nisyə alan ailələrin (ev təsərrüfatları) sayı ən çox Quba-Xaçmaz iqtisadi rayonunda qeydə alınıb. Quba-Xaçmaz iqtisadi rayonunda pulu olmadığı üçün ərzaq məhsullarını nisyə alan ailələrin sayı ümumi ailələrin 3,2%-ni təşkil edib.

Azərbaycanda iqtisadi rayonlar üzrə nisyə ərzaq alan ailələrin ümumi ailələrə nisbəti aşağıdakı kimi olub:

Bakı şəhəri – 1,2%;

Naxçıvan MR – 1,6%;

Abşeron-Xızı – 2%;

Dağlıq Şirvan – 3%;

Gəncə-Daşkəsən – 2,5%;

Qarabağ – 2,7%;

Qazax-Tovuz – 2,6%;

Quba-Xaçmaz – 3,2%;

Lənkəran-Astara – 2,8%;

Mərkəzi Aran – 2,6%;

Mil-Muğan – 3%;

Şəki-Zaqatala – 2,8%;

Şərqi Zəngəzur – 2,7%;

Şirvan-Salyan – 3%.

Xəbər 497 dəfə oxunub.



01.02.2025  12:38 

Qusarda avtomobildə meyit TAPILIB


BÜTÜN XƏBƏRLƏR +