Maliyyə Nazirliyində yarım milyonqluq təmizlik
Kiyevdə Təhlükəsizlik Xidmətinin binasını partlatmaq istədi
Əhalinin banklara nə qədər kredit borcu var?
Ukrayna Ali Radası Ruben Vardanyanı cəzalandırmağa çağırdı
“TikTok“ dini ziyarətgaha aparmaq adıyla 13 nəfərin pulunu ələ keçirdi
Onlayn kredit almaq istəyənlərin NƏZƏRİNƏ
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
“Nimesil“in satışı qadağan edildi: Əks təsirləri nədir?
AYNA rəhbərliyi jurnalistlərə trolluq təklif edib?
Ruslar Poltavada yaşayış binasını vurdu


03.06.2019  16:05 

Əliyev Putinə zəng edib təşəkkür etdi





A+  A-

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 3-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.
XəzərNews.az xəbər verir ki, Prezident İlham Əliyev Rusiya Federasiyasının Surqut şəhərinin hava limanına görkəmli neftçi Fərman Salmanovun adının verilməsi ilə bağlı təşəkkürünü bildirib və bu qərarın Azərbaycan ictimaiyyəti tərəfindən böyük minnətdarlıqla qəbul edildiyini vurğulayıb.

Telefon söhbəti zamanı Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, əldə edilmiş nailiyyətlərdən məmnunluq ifadə olunub. Azərbaycan və Rusiya prezidentləri əlaqələrimizin inkişafına dair müxtəlif məsələlər və əməkdaşlığımızın perspektivləri, eləcə də gələcək təmaslar haqqında fikir mübadiləsi aparıblar.

Xəbər 1720 dəfə oxunub.




01.02.2025  12:38 

Qusarda avtomobildə meyit TAPILIB


BÜTÜN XƏBƏRLƏR +