Maliyyə Nazirliyində yarım milyonqluq təmizlik
Kiyevdə Təhlükəsizlik Xidmətinin binasını partlatmaq istədi
Əhalinin banklara nə qədər kredit borcu var?
Ukrayna Ali Radası Ruben Vardanyanı cəzalandırmağa çağırdı
“TikTok“ dini ziyarətgaha aparmaq adıyla 13 nəfərin pulunu ələ keçirdi
Onlayn kredit almaq istəyənlərin NƏZƏRİNƏ
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
“Nimesil“in satışı qadağan edildi: Əks təsirləri nədir?
AYNA rəhbərliyi jurnalistlərə trolluq təklif edib?
Ruslar Poltavada yaşayış binasını vurdu


22.01.2025  11:22 

Xəstə “Buta” klinikasından 1 milyon təzminat tələb edir





A+  A-

Son zamanlar uğursuz cərrahi əməliyyatlar nəticəsində bir sıra insanın həyatını itirməsi və ya ciddi sağlamlıq problemləri yaşaması cəmiyyətdə narahatlıq doğurur.

Uğursuz əməliyyatların səbəbləri kimi qeyri-peşəkar, təhsilsiz və təcrübəsiz cərrahlar, keyfiyyətsiz materiallar və tibbi standartlara əməl edilməməsi göstərilir. Təcrübəsiz, təhsilsiz cərrahların saxta sertifikatlarla xəstələri aldatması məsələsi gündəmin ən aktual və müzakirə olunan məsələlərindən biridir.

DİN-in və Səhiyyə Nazirliyinin bu sahədə araşdırmaları diqqətəlayiqdir. Onu da qeyd edək ki, bir çox cərrah uğursuz əməliyyatlarında məsuliyyət daşımamaq üçün hüquqi boşluqlardan istifadə etməyə çalışırlar.

Bu cür əməliyyatlardan əziyyət çəkən və ya dünyasını dəyişən məşhurlar da az deyil. Bu halların qarşısını almaq və məlumatlılığı artırmaq məqsədilə bəzi nümunələri nəzərdən keçirək:

Xalq artisti Flora Kərimova, tanınmış teleaparıcı Günel Gözəlovanın həyat yoldaşı Anar Gözəlov, mərhum aktrisa Çimnaz Sultanova, bloger Nərmin İsgəndərova, 30 yaşlı Nəzrin Mansurova və s.

Əməliyyat zamanı tibbi standartlara əməl olunmaması, səhv diaqnoz qoyulması və ya prosedurun düzgün icra edilməməsi, əməliyyatdan sonra ağırlaşmaların və ya ölüm hallarının baş verməsi müxtəlif məhkəmə çəkişmələrinə gətirib çıxarır.

Bu məhkəmə çəkişmələrindən biri də tanınmış teleaparıcı, QHT sədri Günel Gözəlova və “Buta” klinikasının uroloq-cərrahı Araz Bayramov arasında yaranmış qalmaqaldır. Günel Gözəlovanın həyat yoldaşı Anar Gözəlov 2021-ci ilin fevral ayında böyrək daşı əməliyyatı keçirib.

Əməliyyatdan sonra Anar Gözəlov ikitərəfli beyin insultu keçirərək özünü idarə edə bilməyən vəziyyətə düşüb. Günel Gözəlova bu vəziyyətə görə həkim Araz Bayramovu günahlandıraraq məhkəməyə müraciət edib və 1 milyon manat təzminat tələb edib.

Araz Bayramov isə ittihamları rədd edib və məsuliyyəti boynundan atmağa çalışır. Qeyd edək ki, əməliyyat “Buta” klinikasında həyata keçirilib və klinikanın baş həkimi Araz Bayramovun atası Eldar Bayramovdur.

Bu hadisə ilə bağlı məhkəmə prosesi davam edir və nəticələri barədə əlavə məlumat almaq üçün “Buta” kilinikası ilə əlaqə saxladıq. Klinika cavab vermək əvəzinə bizi Araz Bayramovun köməkçisinə yönəltdi.

Zəngimizə cavab verən köməkçi isə suala cavab verməkdən yayınaraq, həkimlə əlaqə saxlamağı məsləhət gördü. Həkimin nömrəsini istədikdə isə nömrəni bizə verə bilməyəcəyini bildirdi.

Məlumat üçün bildirək ki, Araz Bayramov 9 fevral 2020-ci ildə keçirilmiş növbədənkənar parlament seçkilərində 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Seçki kampaniyasında iştirak etsə də, Araz Bayramov deputat seçilməyib.

Həmçinin Araz Bayramov Azərbaycana qarşı ikili standartlar yürüdən, düşmənçilik siyasəti aparan Fransanın Bakıdakı səfirliyi ilə sıx əlaqələri ilə tanınır.

Mövzunu davam etdirəcəyik.

Yazıda adı çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq./İnterpress.az

Xəbər 1484 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.02.2025  12:38 

Qusarda avtomobildə meyit TAPILIB


BÜTÜN XƏBƏRLƏR +