Restoranın 4 ofisiantını elektrik öldürdü
Nazir islahat təklifləri ilə bağlı açıqlama verib
17 yaşlı qızı 36 yaşlı kişiyə ərə verirlər?
“Bank Respublika”da nə baş verir?
Sabah 16-20 dərəcə isti olacaq
Ədliyyə orqanları işçiləri təltif edildi - Sərəncam
Gəncə və Göygöldə saxta araqlar aşkarlandı – REYD
Ət bazarında böhran niyə dərinləşir?
Azərbaycanla əməkdaşlıq İrana lazımdırmı?!
Kürəkənimin sevgilisi qızımı söyürdü...


20.11.2025  12:40 

13 yaşlı qızla cinsi əlaqədə olan şəxs həbs olundu





A+  A-

Tovuzda 13 yaşlı qızla cinsi əlaqədə olan şəxs həbs olunub.

XəzərNews.az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Pələkli kəndi ərazisində qeydə alınıb.

23 yaşlı Elxan Rəcəbov Aşağı Quşçu kənd sakini olan 13 yaşlı Aysellə (ad şərtidir) Pələkli kəndi yaxınlığındakı meşəlik ərazidə "Tofaş" markalı şəxsi avtomobilində təbii yolla cinsi əlaqədə olub. Nəticədə yeniyetmə qız hamilə qalıb və uşaq dünyaya gətirib. Fakt əsasında Elxan saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 152.2-ci (12 yaşına çatmış lakin 14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma, yaxud seksual hərəkətlər etmə) maddəsi ilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs bildirib ki, əvvəlcə Ayselin bacısı ilə sevgili olub. Sonradan Aysellə də aralarında sevgi münasibətləri yaranıb:

"Aysel Dondar Quşçu kəndində mağazada satıcı işləyirdi. Bir gün mənə yazdı ki, maşınımla onu gəzməyə aparım. Mən də gedib onu götürdüm və Pələkli kəndinə getdik. Kəndə çatanda meşəlik ərazidə maşında onunla təbii yolla cinsi əlaqədə olduq. O, mənə 17 yaşı olduğunu demişdi. Yaşının az olduğunu bilmirdim. Qızla bir müddət əlaqə saxlasam da, sonradan ünsiyyəti kəsdim. Qarabağa işləməyə getmişdim. Eşitdim ki, Aysel hamilə qalıb və qız uşağı doğulub. Uşağın harada olmasından xəbərim yoxdur, gələcəkdə Aysellə evlənmək istəyirəm".

Zərərçəkən isə ifadəsində hamilə olduğunu 3 aylıq olanda bildiyini deyib. Onun sözlərinə görə, Elxan ata tərəfdən qohumudur. O, doğduğu uşağı istəmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olmadığını qeyd edib.

Tovuz Rayon Məhkəməsinin qərarı ilə Elxan Rəcəbov 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Xəbər 1186 dəfə oxunub.




21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +