ADDA və GIZ EasTnT arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Onlayn qumar əməliyyatı... – 7 nəfər həbs olundu
İcradan heç kim əraziyə gəlməyib - Jurnalist
Quduzluğa yoluxan suriyalı gənc öldü
Mardində bir ailənin 3 üzvü güllələndi
İranlı deputatların ayaqları göydə -İlginc fotolar
Akif Nağı onu məhkəmə ilə hədələyən müğənniyə cavab verdi
Prezident 2 fərman imzaladı
Jurnalistin intihar anonsu...-Borcum var
Zelenski ABŞ-a səfər edə bilər


24.10.2021  09:49 

``Siğə`` nədir?





A+  A-

'Siğə' İslam aləmində müvəqqəti evlənmək deməkdir. İnsanlar öz tələbatlarını siğə etməklə ödəyə bilərlər. Əlbəttə ki, siğə etmək şəriətdə müəyyən olunmuş qaydalara və qanunlara əsasən olmalıdır.

Biz sizə siğə qaydaları haqqında yox, sadəcə onun icazəsi barədə məlumat verəcəyik, daha dəqiq desək siğənin dini əsasları haqqında bilgilər söyləyəcəyik. Siğə qaydaları ilə maraqlananlar isə şiə alimlərinin risalələrinə müraciət edə bilərlər.

Siğə barədə olan Quran ayəsi və hədislərdən aydın olur ki, siğənin şəriətə uyğun olmasında heç bir şübhə yeri yoxdur.

Qurani-Şərifin ``Nisa`` surəsinin 24-cü ayəsində siğənin düzgün olmasını sübut edən dəlil vardır: ``İstifadə (yaxınlıq) etdiyiniz qadınların haqlarını lazımi qaydada verin.``

Bu ayənin müvəqqəti evlənmə (siğə) haqqında nazil olması barədə məşhur sünnü alimləri öz təfsir kitablarında yazmışlar.

Əbu Cəfər Məhəmməd ibni Cərir Təbəri öz təfsirində Sədi, Mücahid və ibni Abbasdan nəql edir ki, ``Nisa`` surəsi 24-cü ayəsi müvəqqəti evlənmə barəsində nazil olmuşdur.

Həmçinin məşhur Əhli-sünnə alimi Süyuti ``Əd-durrul-mənsur`` (c. 2, səh.140) kitabında bu haqda qeyd etmişdir.

Müvəqqəti evlənmə barədə nazil olan ayə haqqında və Peyğəmbərin (s) dövründə müvəqqəti evlənmənin olması haqqında başqa Əhli-sünnə alimlərinin kitablarına da müraciət edə bilərsiniz. Bu kitablar arasında ``Səhihi Buxari``, ``Müsnədi Əhməd``, ``Sünnəni Beyhəqi`` c. 7, səh.306, ``Təfsiri Təbəri`` c. 5, səh.9, ``Səhihi Müslüm`` c. 1, səh.395, ``Təfsiri Fəxri Razi`` c. 3, səh.201. və digərləri var.

Müslüm ibni Həccac Cabir ibni Abdullahın və Səlamət ibni Əkunun belə buyurduqlarını nəql edir: ``Allahın Peyğəmbəri sizə istimtanın (müvəqqəti evlənməyin) icazəsini verdi, yəni müvəqqəti evlənməni inayət etdi.``

Peyğəmbərin carçısı bizim yanımıza gəlib dedi: ``Allahın Peyğəmbəri sizə istimtanın yəni müvəqqəti evlənməyin icazəsini verdi.`` (``Səhihi Müslüm`` c. 4, səh.130, Misir çapı)

Bu ayə və hədislər Peyğəmbərin (s) vaxtında siğənin olmasını sübut edir və bizə aydın olur ki, həqiqətən də Peyğəmbərin (s) zamanında müvəqqəti evlənmə var idi.

Görəsən sonradan nə baş verdi ki, müvəqqəti evlənmə mübahisəli məsələyə çevrildi və bir çox məzhəblər indi də bunu qəbul etmirlər.

Gəlin yenə də Əhli-sünnə alimlərinin kitablarına müraciət edək.

Müslüm ibni Həccac yazır ki, İbn Abbas və İbn Zübeyr, qadınları siğə etmək və həcc mütəsi (Həccdə Ümrə və Həcc əməlləri arasında insanın öz halalı ilə (istər müvəqqti, istərsədə daimi kəbindən olan əhli-əyalı ilə) yaxınlıq etməsi) barədə ixtilaf etdilər. Cabir ibn Abdullah bunları görüb dedi: ``Biz Peyğəmbəri Əkrəmin sağlığında onların hər ikisinə əməl edirdik. Amma sonra Ömər bizə o iki şeyi qadağan etdi və ondan sonra daha biz ona əməl etmədik.`` (``Səhihi Müslüm`` c. 1, səh.395, Misir çapı), (``Sünnəni Beyhəqi`` c. 7 səh.206) ``Əgər Ömər müvəqqəti evlənməyi qadağan etməsəydi, bədbəxt və yaramaz insanlardan başqa heç kəs zina etməzdi.`` (``Əd-dürrul-mənsur`` c. 2 səh.140)

Əli ibni Quşçi isə yazır ki, Ömər ibni Xəttab minbərə çıxıb belə dedi: ``Ey camaat, üç şey vardır ki, Peyğəmbər (s) zamanında var idi, mən onları qadağan edirəm. Onlar qadınlarla müvəqqəti evlənmə, həcc mütəsi və azanda ``həyya əla xəyril-əməl``dən ibarətdir.``

Belə hədislər həddindən artıq çoxdur. Maraqlanmaq istəyənlər Əhli-sünnənin ``Müsnədi Əhməd`` (c. 3 səh. 356 və 363), ``Zadul-məad`` (c. 1 səh.444), ``Səhihi Müslüm`` (c. 1 səh.395) və ``Sünəni Beyhəqi`` kitablarına müraciət edə bilərlər.

XezerNews.az


Xəbər 8901 dəfə oxunub.



25.11.2025  16:43 

Prezident 2 fərman imzaladı

25.11.2025  15:41 

Zelenski ABŞ-a səfər edə bilər

25.11.2025  14:02 

Xırdalanda yaşayış evi yanır

25.11.2025  13:27 

Qurbanov bənzərsiz bir fenomendir

25.11.2025  13:25 

Sabah bu ərazidə qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +