Odessada “2020-də 44 gün” kitabının təqdimatı oldu
Ərdoğanla Papa XIV Leo arasında görüş olub
Ermənistanın mövqeyi hamıya məlumdur - Putin
Vilayət Eyvazov o gəncləri polisə seçdi
Mikayıl Cabbarov yenidən seçildi
Ruslara işləyən ukraynalı ifşa edildi
Məhkəmə səkkiz nəfərə ömürlük həbs verdi
Bu şəxslərə 4000 manat maaş veriləcək - SİYAHI
Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq


25.11.2025  13:29 

“Hansı yerli avtomobil, hansı istehsal? - Etiraz





A+  A-

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov elektromobil və “hibrid”lərin ƏDV-yə cəlb edilməsi barədə açıqlama verib. İdarə rəisinin sözlərinə görə, qərar yerli istehsala dəstək məqsədi daşıyır.

XəzərNews.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə sosial şəbəkədə status paylaşıb: “Hansı yerli avtomobil, hansı istehsal? Azərbaycanda avtomobil istehsalı yoxdur, “vintaçanla” yığım var, o da ki, benzinlə işləyən avtomobillərdir. Hardadır o yerli istehsal olan elektrik və hibrid maşınlar?”

İqtisadçı sual edib ki, hökumət, ümumiyyətlə, “istehsal” nəyə deyir, necə görür? “Məsələn, Türkiyədə 13 avtomobil istehsalı zavodu var (“Renault”, “Ford”, “FIAT”, “Hyundai”, “Toyota” və s.), onların detallarının 35-45% arası elə Türkiyədə istehsal olunur, avtomobil istehsalının yan sənayesi yaranıb. Bu sənayedə onminlərlə iş yeri açlılıb. Ümumiyyətlə isə Türkiyə avtomobil sənayesində 410 min insan çalışır.

İstehsal budur, yoxsa təkcə təkərinin havası yerli olan vintaçanla maşın yığırlar, o da satılmır, yığılan maşınların yarıdan çoxunun “müştərisi” dövlət-hökumət orqanları, yəni, büdcədir, adına da “istehsal” qoyurlar”.

“Bu qədər də olmaz da, deyin ki, bacarıqsız fəaliyyətimiz nəticəsində primitiv iqtisadi model yaranıb, indi gəlirlər azalır, biz də vergi-rüsum-cərimələri artırırıq ki, büdcədə yaranmış problemləri həll edək – belə deyin, daha səmimi görünəcəksiniz, hər açıqlamalarınız da bu qədər etiraz doğurmaz...”, – deyə N.Cəfərli fikrini tamamlayır.

Xəbər 207 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +