Saqqalı kişilərlə niyə öpüşmək olmaz?
Şahin Bağırovun 55 min manatdan çox vergi borcu VAR?
Rövşən Əsgərov Rusiyada terrorçular siyahısına SALINDI
“Paşa“ ləqəbli keçmiş döyüşçünü ALDADIBLAR?
İranda səfirliyimizə hücum edən şəxs edam ediləcək
Bayden-Blinken dövründə ABŞ Azərbaycana qarşı qərəzli olub
Sabiq baş həkim cinayət məsuliyyətinə cəlb edildi: 142 min...
Bakıda alıcı “Karaca Azərbaycan“da girov saxlanılıb?
Parisdə qazandığımız bu medallar geri qaytarılır?
92,4 milyon manat ölkəyə necə qaytarıldı?


22.01.2025  12:12 

Bu evlər niyə sənədləşdirilməyəcək?





A+  A-

Məlum olduğu kimi, hazırda ölkədəki sənədsiz evlərlə bağlı yeni qanun layihəsi hazırlanır. Hər yaşayış məntəqəsi üçün spesifik şərtlər mövcuddur və bu sahələrdə yerləşən tikililərin hüquqi statusunun müəyyən edilməsi üçün xüsusi standartların təsdiq edilməsi üzərində işlər davam etdirilir. Vahid kadastr sistemi vasitəsilə müvafiq dövlət orqanlarının təqdim etdiyi məlumatlar əsasında hansı tikililərin mühafizə zonalarına düşdüyü müəyyən olunur.

XəzərNews.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Bakupost.az -a deyib ki, sənədsiz evlərin qeydiyyatı yalnız yeni hazırlanan qanun layihəsindən sonra mümkün olacaq və müraciətlərin qəbulu elektron qaydada həyata keçiriləcək:

“Torpaqların təyinatının dəyişdirilərək yaşayış məntəqələri təyinatlı torpaqlara çevrilməsindən sonra onların üzərində tikilən evlərə çıxarışların verilməsi mümkün olacaq. İndiyədək bu istiqamətdə müəyyən addımlar atılsa da, real nəticələr olmayıb. Ümid edirik ki, bu dəfə olacaq”.

Ekspert qeyd edib ki, fərdi yaşayış evlərinin müəyyən hissəsi aktiv mədən ərazisində yerləşir:

"Yəni, o ərazilərdən bu gün neft çıxarılır. Lakin bəzi ərazilər var ki, orada artıq istismar dayandırılıb, neft çıxarılmır. Bununla bağlı dəqiqləşdirilmələr aparılmalıdır. Mühafizə zolaqlarına düşən qanunsuz tikililər istisna olmaqla, digər tikililərin sənədləşməsi qanun lahiyəsində öz əksini tapmalıdır".

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, hazırda 40 min qeyri-yaşayış obyekti digər təyinatlı torpaqlarda tikildiyindən onlara çıxarış verilməsi mümkün deyil. Bunun üçün həmin obyektlərin yerləşdikləri ərazilərdə torpaqların təyinatı dəyişdirilməlidir.

Ekspert bildirib ki, Bakı və Bakı ətrafında inşa edilmiş obyektlər illərdir ki fəaliyyət göstərir. Onların mütləq əksəriyyəti vergi ödəyicisi kimi qeydiyyata düşüb və qeyri-yaşayış obyekti kimi kommunal xərclərə daha çox rüsum ödəyirlər:

"Amma hələ də o obyektlərə çıxarış verilməyib. Bu problem aradan qaldırılmalıdır".
E.Fərəzliyevin dediyinə görə, kommunikasiya xətlərinin mühafizə zolağında inşa olunmuş qanunusuz tikililərdən başqa normativlərə uyğun inşa edilmiş fərdi evlər də sənədləşdirilməlidir:

“Bələdiyyə qanunvericiliyinə görə, vətəndaş bələdiyyə torpağında 5 ildən artıq yaşayırsa, onun icarə müaqviləsinin rəsmiləşməsinə, yaxud özəlləşməsinə şərait yaradılmalıdır. Hazırda bələdiyyə torpaqları üzərində inşa olunmuş evlərə görə büdcə küllü məbləğdə vəsait itirir”.

Ekspert vurğulayıb ki, dəmir yolu xəttinin arasında tikilmiş mənzilin özəlləşdirilməsini gözləmək doğru deyil:

“Əslində, bu, həmin insanların həyatına təhlükə yaradan amildir. Amma insan sağlamlığına və insan fəaliyyətinə əngəl olmayan bütün sənədsiz evlərə sənəd veriləcək. Kommunikasiya xətlərinin mühafizə zolağında inşa olunmuş qanunusuz tikililərdən başqa normativlərə uyğun inşa edilmiş fərdi evlər də sənədləşdirilməlidir”.

Əmlak eksperti Elnur Azadovun sözlərinə görə, müxtəlif vaxtlarda ayrı-ayrı dövlət qurumları tərəfindən verilmiş sənədlər var. İlkin sənədləri olan əmlaklar var və onların tanınması istiqamətində işlər aprılacaq. İlkin sənədləri olan əmlaklara yaxın vaxtlarda çıxarış veriləcək, yəni leqallaşdırılacaq:

“Sənədləşdırilməmiş evlərin sayı minlərlədir. Bu evlər içərisində gələcəkdə leqallaşdırılması mümkün olmayan daşınmaz əmlaklar var. Söhbət xüsusi mühafizə olunan, kommunikasıya xəttlərinə yaxın ərazilərdə tikilən evlərdən gedir. Həmin evlər leqallaşdırılmayacaq”.

Xəbər 138 dəfə oxunub.



22.01.2025  14:49 

Daha üç məhkum həbsdə ölüb

22.01.2025  12:40 

Novruz bayramında əfv olacaq?

22.01.2025  10:59 

Ruslar Nikolayev şəhərini vurdu


BÜTÜN XƏBƏRLƏR +