“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


04.12.2024  19:17 

İran Suriya və Türkiyəni İsrailə sata bilər - Video





A+  A-

Diaspora.TV-də Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı”nın növbəti buraxılışı yayımlanıb



M.Əhmədoğlunun səsləndirdiyi fikirləri ixtisarla təqdim edirik:

Suriya hadisələri Yaxın Şər qdə ciddi dönüş yaratmaq gücündədir. Xüsusilə Suriya ilə İran arasında vəziyyətin gərginləşməsi aydın hiss olunur. Livan Hizbullahına yardım məqsədilə İranın ali dini liderinin müşaviri, parlamentin keçmiş spikeri Əli Laricani Suriyaya səfər etdi. Bəşər Əsəd və digər rəhbər şəxslərdən kiminləsə görüşdüyü barədə heç bir məlumat yayılmadı. Suriyadan Livana getdikdən sonra Ə.Laricani geniş miqyaslı görüşlər keçirə bildi. Az keçmiş Suriyada terrorçu qruplaşmalar aktivləşdi və İranın xarici işlər naziri A.Əraqçı Dəməşqə səfər etdi. B.Əsəd onu qəbul etsə də onun İranın adından köməyini qəbul etmədi. Bir neçə saat sonra B.Əsəd İran prezidenti M.Pezeşkiana zəng etdi və Yaxın Şərqdə ABŞ və İsrailin maraqlarına uyğun proseslərin getdiyini onunla müzakirə etdi.

Bir az əvvəl Birləşmiş Ərəb Əmirliklərinin prezidenti B.Əsədə zəng edərək vəziyyəti müzakirə etmişdilər.

Səudiyyə Ərəbistanı da Suriyada baş verənlərlə maraqlanır. Ehtimal ki, bu maraq ötəri deyil.

Qətərin prezidenti ben Təmim də həm Suriya prezidenti, həm də İran prezidenti ilə əlaqədə oldu.

Ərəb dünyasının Suriyada baş verənlərdə maraqları var. Bu vaxta qədər ərəblər B.Əsədi İranın təsiri altında olan şəxs kimi qəbul edirdilər və kömək göstərmirdilər. Son ildə bu mövzu dəyişdirilir. Ərəb dünyasının öncülləri Suriya ilə maraqlanır.

B.Əsəd M.Pezeşkianla da danışdıqda İrandan heç bir kömək əldə etmədi. Amma İranın qüvvələri Suriyanın daxilində var və onlara da kömək məqsədilə İraqdakı proksi qüvvələrini Suriya ərazisinə göndərdi.

İranın İsrailin maraqlarına uyğun hərəkət etməsi fikirləri yayılır. Hətta Qəzza müharibəsinin aktiv dövründə Türkiyədə də belə fikirlər var idi. Əlbəttə, bu Türkiyə rəsmilərinin dilindən səslənmirdi. Sosial şəbəkələrdə, xüsusilə rəsmi dairələrə yaxın ekspertlərin dili ilə İsrail-İran əlaqələri, fars-yəhudi mövzusu heç vaxt aktuallığını itirməmişdi. Xüsusilə Qəzza müharibəsinin səngidiyi dövrdə İranın Türkiyəyə, Azərbaycana təzyiqlərini artırması, R.T.Ərdoğanı üzdə Fələstin xalqının xeyrinə, gizlində isə B.Netanyahu ilə əməkdaşlığı barədə gündəlik təbliğat aparırdılar. İranın Türkiyədə iki mətbuat platforması açıq-aşkar anti-Türkiyə təbliğat aparırdı. Bu mövzuda anti-Türkiyə, anti-Azərbaycan təbliğat güclənirdi.

İran mövqeyinə yenidən baxmalıdır. Regionda yaranmış belə bir vəziyyətin, İsrailin belə dominantlığının səbəbkarı İrandır. Hər şey dialoq və müzakirələr vasitəsilə həllini tapmalıdır. Qəzza müharibəsinin başlanması, onun səbəbləri, bu işlərdə rolu olan dövlət və ya dövlətlər hər şeyi ortaya qoymalıdırlar. İran Suriyanı, Türkiyəni də İsrailə sata bilər. İsrailin İrana hücumunun qarşısını almaqdan ötrü Türkiyə ilə müharibəyə başlaya, İsrailin xoşuna gəlməkdən ötrü Türkiyəyə qarşı müharibə elan edə bilər. Çünki İsrailə təzyiqə görə Türkiyədən irəlidə olan dövlət hazırda yoxdur. İsraillə açıq informasiya diplomatik siyasi savaşdadır. ABŞ-la da münasibətlərinin gərginləşməsində Qəzza hadisələrində baş verənlər vacib rol oynayıb.

İran taktikasını dəyişməlidir, İsrail və ABŞ-ın qarşısına iqtisadi inkişaf mövzusunu qoymalı və iqtisadi proseslərdə ABŞ-la birlikdə olacağını açıqlamalıdır. Bunun üçün İran raket və PUA silahlarından imtina etməlidir. İsrail də qarşısına yeni məqsəd qoymalıdır. Çünki son dövrlərdə SEPAH-ın sloqanı onun proksi qüvvələri itkiyə məruz qaldıqca, ölənlərin sayı artdıqca, rəhbərlər şəhid olduqca həmin qüvvənin gücləndiyi barədə təbliğat aparılır.

Şeyx Nəsrullah şəhid oldu, Hizbullah gücləndi, İsrailin yarısını işğal etdi. İ.Haniya öldü, HƏMAS gücləndi. Y.Sinvar öldü, HƏMAS yenidən gücləndi. İsrail SEPAH-dan muğayat olmalıdır. SEPAH birdən-birə İsrailə qarşı güclənmək istəyər. Bunun üçün SEPAH generalları bir-birini öldürə bilərlər. Bu İsrail və ABŞ üçün böyük hərbi gücün yaranması mənasında ola bilər. SEPAH, İran o qədər kütdürlər, belə başa düşürlər ki, onların siyasətini yalnız özləri bilir, başqa birisi bilmir. İran ərəbə, türkə qarşı tarixi ədavəti birdəfəlik unutmalı və regionda, xüsusilə müsəlman qonşuları ilə normal, sağlam siyasət aparmalıdır.

Xəbər 2000 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub

14.12.2024  17:07 

Bakı metrosunda ölüm hadisəsi


BÜTÜN XƏBƏRLƏR +