“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


29.11.2024  17:39 

Nurəddin Qərəvi Elçibəyə nə dedi, Heydər Əliyevdən nə xahiş etdi? - Video





A+  A-

“Azərbaycanlılar dünyada” bu dəfə Almaniyanın Bonn şəhərində yaşayan böyük azərbaycanlı həkim Nurəddin Qərəviyə həsr olunub



Doktor Nurəddin Qərəvi Azərbaycanın azadlığı, ana dilimizin qorunması uğrunda illərlə usanmadan mücadilə edən, qəlbi Vətən sevgisi ilə aşıb-daşan soydaşlarımızdan biridir. O, 1945-ci il aprelin 22-də Təbrizin Surxab məhəlləsində, Qızıldağın ətəyində dünyaya göz açıb.

Hələ 7-ci sinifdə oxuyarkən Bakı radiosuna məktub yazaraq Azərbaycan dilində dərs kitablarına və sözlüyə böyük ehtiyac olduğunu bildirməsi gənc soydaşımızı İranın “qara siyahı”sına salıb. Amma sorğu-suallar, ciddi nəzarət onu qorxutmayıb, əksinə, qəlbindəki azadlıq yanğısını bir az da alovlandırıb, Azərbaycan sevgisini daha da böyüdüb. Şah rejiminə qarşı farsca və Azərbaycan türkcəsində yazılar yazıb, onları yaymağa başlayıb...

Nurəddin Qərəvi ömrünün bütün vaxtlarını təzyiqlər altında yaşayıb, hücumlara, təhqirlərə, fiziki şiddətə məruz qalıb. Lakin doğru bildiyi milli mücadilə yolundan heç zaman dönməyib.

...Azərbaycan sevdalısı Nurəddin Qərəvinin artıq 79 yaşı var. İndiyə kimi 30 il öz hesabına çıxardığı “Ana dili” qəzetində Azərbaycanın mədəniyyətini, musiqisini, elmini təbliğ etsə də, Qarabağ mövzusunu, ermənilərin xalqımıza qarşı törətdiyi vəhşilikləri, Xocalı soyqırımını bütün dünyaya yaysa da, ömrünü qərib ölkələrdə yaşasa da, yenə “nə qədər sağam, Vətənə qulluq etməyə hazıram”,- deyir.

Xəbər 1879 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub

14.12.2024  17:07 

Bakı metrosunda ölüm hadisəsi


BÜTÜN XƏBƏRLƏR +