Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


02.12.2021  17:10 

Niyə belə hüznlü gündə etiraz aksiyası keçirildi?!





A+  A-

Baş verənlərin pərdəarxası aydındır. Geniş səbəb: Türk Dövlətləri Təşkilatı. Türk Şurası özünün Zirvə Toplantısında təşkilat formasını dəyişdib - TDT oldu. Ardınca Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti.

Məlum Aşqabad bəyannaməsində Azərbaycanın Qarabağ müharibəsində qazandığı qələbə ayrıca vurğulandı, Azərbaycanın mövqeyi dəstəkləndi. Bu bəyannaməyə imza atanlar arasında Qazaxıstan, Qırğızıstan və Tacikistan da vardı. Bu üç ölkə medianın obrazlı fraza ilə "Rusiya NATO"su adlandırdığı - Rusiyanın egidası altlnda qurulmuş və Moskvanın idarə etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının 6 üzvündən üçüdür. Başqa sözlə, Türkiyə və Azərbaycan "Rusiyanın NATO-su"nu sanki ortadan "bölür". Bunu ortaq türk ordusu - "Turan ordusu" quruculuğuna doğru bir addım saymaq da olardı.

...Aşqabadda çəkilmiş bir fotonu yada salın: şəkildəki dörd nəfərdən üçünün - Azərbaycan, Pakistan, Türkiyə rəhbərlərinin üzü gülür, İran prezidenti İbrahim Rəisi isə qəmgindir.

İndi özünüz düşünün: İran bu olanlardan bu qədər üzgündüsə, görün, Rusiya necə qızğındır. Üstəlik Moskvanı "qızdıran" başqa bir səbəb də var: Türkmənistan qazının İran üzərindən və Azərbaycan vasitəsilə nəqli haqda anlaşma.

Əslində Moskvanın qızğınlığını təsəvvür etməyə də gərək yoxdur: Rusiya xarici işlər naziri Sergey Lavrovun çıxışlarına baxmaq yetər. O, açıq şəkildə Türk Dövlətləri Təşkilatını təhdid edib; TDT dil, kulturoloji, təhsil məsələləri ilə məşğul olsun deyib, vahid ordu quruculuğuna başlasa, ordakı dövlətlər üçün pis olacaq tipli bir hədə sovurub. Nazir Lavrov bununla da qalmayıb - terror təşkilatı PKK-nın Suriya qolu olan YPĞ-nin nümayəndə heyətini rəsmi protokolla qəbul edib.

Bu, təbii ki, Türkiyənin ciddi etirazına səbəb olub. Türkiyə xarici işlər naziri Çavuşoğlu bu məsələlərlə bağlı Avropada Lavrovla görüşəcək, Prezident Ərdoğan da Putinlə telefonla danışmalıdır.

Bundan əvvəl isə Ərdoğanın Ukrayna ilə Rusiya arasında sülh vasitəçiliyi etmək təşəbbüsü Moskvaya, yumşaq desək, xoş gəlməmişdi. Təkcə ona görə yox ki, Putinin "iki qardaş xalq" adlandırdığı rusları və Ukraynalıları türklər barışdıracaq. Bu, məsələnin emosional tərəfidir. Rasional tərəfindən baxsaq, Putini ən çox hiddətləndirən səbəb bu təşəbbüslə Türkiyənin Donbas konfliktində Ukrayna ilə Rusiyanı qarşı duran tərəflər kimi görməsi və göstərməsidir. Rusiya buna XİN-in sözçüsü Mariya Zaxarovanın "ifasında" və "səviyyə"sində sərt cavab verdi: "Donbasdakı münaqişə Ukraynanın daxili işidir, Rusiya bu konfliktdə tərəf deyil, Türkiyənin vasitəçiliyindən söhbət gedə bilməz". Ardınca da əlavə edib ki, yaxşı olar, Türkiyə Ukraynanı Donbasda güc tətbiqindən çəkindirsin.

Burda ağıllardan dərhal bir fikir keçməmiş deyil: Qarabağ da Azərbaycanın işidir, niyə özünüzü bütün hallarda bu prosesin mərkəzinə qoymusunuz?!

Bax, bütün bu olanların fonunda Azərbaycanda helikopter qəzası baş verir: Azərbaycan Silahlı Qüvvələrinin ən hazırlıqlı - Qarabağ savaşından qalib çıxmış zabitlərinin bir qrupu həlak olur...

Türk Dövlətləri Təşkilatının özəyi kimlərdir? Azərbaycan və Türkiyə. Obrazlı olaraq, "Turan ordusu" adlandıracağımız ümumtürk hərbi əməkdaşlığının mərkəzində hansı ordular var? Türkiyənin ordusu və həmin model üzrə yenidən qurulan Azərbaycan ordusu.

Türkiyə ordusuna məxsus eyni helikopter bu ilin mart ayında qəzaya uğramışdı - bir general-leytenant daxil olmaqla 13 yüksək rütbəli ordu zabiti həlak olmuşdu. Yeri gəlmişkən, bu helikopterlərə görə, Türkiyənin əvvəllər Rusiyanı məhkəməyə verməsi, prosesin 10 il çəkməsi haqda da məlumatlar var. Həmin helikopterlərdən biri də iki gün öncə Qaraheybət poliqonuna təlimə uçarkən düşdü. Baş Prokurorluq və Dövlət Sərhəd Xidmətinin rəisi dərhal: "Kənar təsirlər yoxdur" dedi.

DSX rəisi Elçin Quliyevin və sağ qalan hərbçilərin dedkləri bunlar idi: helikopter saz durumda olub, uçuşdan qabaq yoxlanılıb, tutumu 24 nəfərlik idi, göyərtədə 16 nəfər vardı, hava şərtləri də əlverişli idi, pilotlar da yüksək peşəkarlar... Və kənar təsirlər istisna olunur.

"Qəza"nın əsl səbəbi haqqında dövlət bundan daha açıq və aydın nə deməliydi ki?! Xüsusilə jurnalistlərin, təhlilçilərin hökumətdən israrla dəqiq məlumat tələb etməsi təbii olduğu qədər də, mənə təəccüblü gəldi.

İnformasiyalarla işləyən adamlarıq, əslində nə baş verdiyini özümüz bilmirik?! Yoxsa əsas versiyaları özümüz tapa bilmərik?! Parçaları birləşdirərək...

"Kənar təsirlər" deyəndə niyə ancaq helikopterə mexaniki müdaxiləni düşünək ki?! Yüz dənə başqa üsullar var. Nəticədə bu helikopterlərin elektron "beyni" var axı. İnsan faktoru da istisna deyil.

Nədənsə belə hadisələr zamanı dövlətin bütün bildiklərini - gerçəkləri detalları ilə açıb ortaya qoymasını tələb edirik. Belə bir xasiyyətimiz var. Hüququmuz da var.Ancaq və lakin... Dövlət elə ona görə dövlətdir ki, bu cür situasiyalarda hər şeyi dərhal, bütün çılpaqlığı ilə ortaya qoymaz. Çünki dövlət bir söz deyirsə, onun ardınca addım atacaq. O addımı atma zamanı və imkanı ələ düşməyibsə, o söz də deyilməz. Üstəlik söhbət hərbi məsələlərdən gedirsə. Həm də axı dövlətin dili diplomatiyadır. Diplomatiyada isə çox zaman yerinə və vaxtına görə "hə" cavabı məhz elə "yox" kəlməsi ilə ifadə olunur. Və ya əksinə...

Hələ onu demirəm ki, belə hallarda "dərin diplomatiya" hərəkətə keçər.

Haqlıyıq: cavabsız suallar çoxdur. Ancaq sorğu-sualsız cavablar da var axı...
Dünən eyni anda daha iki "siyasi qəza" da yaşadıq. Onlardan biri şəhidlərin dəfn mərasimi keçirilərkən müxalifətin şəhərin mərkəzində piketə çıxması, ikincisi, Tofiq Yaqublunun döyülməsi idi.

Haqlı sual yaranır: niyə məhz belə hüznlü və emosional gərgin vaxtımızda etiraz aksiyası keçirildi?! Bunun formal səbəbi Saleh Rüstəmlinin aclıq aksiyası və həyatına təhlükə yaranmasıdır. Bu məsələdə qərar verməkdə hökumət gecikdi, maraqlı xarici güclər isə dərhal bundan yararlandı. Təbii ki, polisin belə bir gündə şəhərin mərkəzində keçirilən istənilən aksiyanı amansızlıqla dağıdacağını hesablamışdılar. Təkcə ona görə yox ki, belə bir əmr almışdılar, həm də ictimai emosional ovqat bunu qaçılmaz edirdi. Şəhərin mərkəzində qarşıdurma kimə sərfəli idi?! Etirazçılar Qərbyönümlülər olsa da, bu, Qərbdəki maraqlı dairələrlə yanaşı elə Rusiyaya və başqalarına da sərfəli idi. Ermənistanda isə sevincdən gözlər yaşarırdı; özlərinin İrəvan qəbiristanlığında yaşadıqlarının oxşarını Bakının mərkəzində seyr edirdilər.

Mən ilk gündən Saleh Rüstəmlini ilk gündən bu günə qədər müdafiə etmişəm; bu mövqeyimdə də qalıram (ona qarşı ittihamlara dair heç bir əlavə şərh vermədən). Ancaq dünənki o iki hadisəni - müxalifətin elə bir gündə piket keçirməsini doğru saymıram (Bəziləri yazır ki, hökumət matəm elan etməmişdi-filan. Məgər şəhidlərimizə üzülmək, onların ruhuna sayğı duymaq üçün hökumətdən izn almaq, matəm qərarı gözləmək lazım idi?!)

Və ikinci böyük yanlış Tofiq Yaqublunun döyülməsi idi. İndi mübahisə gedir: polis bölməsində döyülüb, bölməyə qədər döyülüb... Bu, situativ olaraq heç nəyi həll etmir.

Nəticə eynidir: Tofiq Yaqublunun döyülmüş şəkli Azərbaycanın cəmiyyətinə qarşı və Azərbaycan dövlətinin əleyhinə olanlara ən böyük hədiyyə idi. Bunu edənlər tapılaraq cəzalandırılmasa, o fotolar elə o cür hədiyyə dəyərində illərlə qalacaq. Və təkcə müxalifətin xeyrinə, hökumətin əleyhinə deyil, ümumiyyətlə, Azərbaycana qarşı işləyəcək.

Bu arada Baydenin "Demokratiya sammiti"nə onlayn qoşulacaq və Brüsselə getməyə hazırlaşan Nikol Paşinyana bundan daha əlverişli "siyasi asist" ola bilməzdi...

Bahəddin Həziyev

Xəbər 1434 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +