Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


19.11.2024  17:25 

Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq





A+  A-

“Tramp İrana öz münasibətini ortalığa qoyub. İran belə düşünür ki, Donald Tramp dünyanın harasında nə istəsə edəcək, amma İranla bağlı birinci prezidentliyi dövründə apardığı maksimal təzyiq siyasətini indi davam etdirməyəcək. D.Trampın siyasətini İrana aid hissəsinin ilk mesajı gəldi: Ermənistanda ən azı beş vəzifəli şəxs dəyişdirildi, altıncı şəxs də dəyişdirilir. Bu istefa verənlərdən yalnız ikisi dövlətin korrupsiya ittihamını süniləşdirən və yaxud fərdi məcraya yönəldənlərdir”.

Xəzərnews.az xəbər verir ki, bu barədə Diaspora.TV-yə danışan Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu bildirib ki, S.Sərkisyan, R.Köçəryan və onların dövründə işləmiş vəzifəliləri çağırmaq, pulunu, mülkünü almaq və onun hansı hissəsinin dövlət büdcəsinə keçəcəyini müəyyən məsələlərlə məşğuldur:

“Qədim yunan filosofu Protaqorun sözü var: İnsan bütün şeylərin ölçüsüdür. Bu prizmadan D.Trampa ən azı 3 məsələdə insanlıq ölçüsü kimi yanaşmaq olar. Bunlardan ən birincisi dövlətin daimi korrupsiya ittihamını öz üzərində hiss edən iş adamıdır. Bu gün hansısa iş adamına hökumət qurumları tərəfindən korrupsiya ittihamı irəli sürülürsə, bu D.Trampda qıcıq yaratmalıdır. Ermənistanda iki şəxs bu kateqoriyada vəzifəsindən uzaqlaşdırıldı”.

M.Əhmədoğlu qeyd edib ki, Ermənistanın Daxili İşlər və Ərazi İdarəetmə məsələləri naziri ilə Dövlət Gəlirləri Komitəsinin sədri istefa verdi:

“Bu üç şəxs Ermənistanda İranla əlaqəli məsələlərdə adı hallanan şəxslər idi. Daxili işlər naziri Sünikin sahibi, Amerikanın Sünikdəki maraqlarının qoruyucu idi. Ermənistanda Daxili İşlər Nazirliyi olmayıb, Ermənistan polisi adlı qurum olub. Ermənistan polisini Daxili İşlər Nazirliyinə çevirən ABŞ və Aİ-nin maliyyəsi və struktur dəyişiklikləridir. Bu nazirlik xüsusilə Sünikin təhlükəsizliyini təmin etməli, Azərbaycandan Naxçıvana gedən yüklərin ümumi təhlükəsizliyində iştirak etməlidir. MTX-da bu məqsədlə əlavə qurum yaradıblar. ABŞ-da prezident seçkiləri ərəfəsində ABŞ-ın Ermənistan siyasətində yaranan boşluqdan istifadə edib, İran ekspertləri Sünikdə böyük seminar keçirdilər. Kazaryanı Ermənistanda ABŞ səfirinin təqdimatı ilə cəzalandırdılar. Əvvəllər ikisi birlikdə günlərini Sünikdə keçirərdilər”.

Politoloqun sözlərinə görə, Q.Sanosyan ərazi idarəetmə naziri kimi İranın səlahiyyətlilərinin Ermənistanın daxilində fəaliyyətinə geniş imkan yaratmışdı:

“Q.Sanosyan İran səfiri və iş adamları ilə birlikdə Ermənistanın Gürcüstan tərəfindən körpünün açılışında iştirak etdi. İrana Ermənistanın Gürcüstan tərəfində körpü tikməyə şərait yaratdı. İran adamlarını Sisian-Qacaran yolunda və Qacaran tunelinin tikintisində iş görməyə buraxmaq niyyətində idi. Q.Sanosyan getməli idi.

Badasyan ABŞ-ın Ermənistanla birlikdə gömrük, vergi fəaliyyəti ilə bağlı müqavilə imzalamaq niyyəti bəyan olan kimi eynilə həmin məzmunda müqaviləni İranla bağladı.

Bütün bunların hamısının N.Paşinyanın D.Trampa zəngindən sonra baş verməsi təsadüfi deyil”.




Xəbər 314 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +