Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


17.11.2021  19:42 

”Dəhlizin nə zaman açılacağını demək çətindir” - Nazir





A+  A-

”Zəngəzur dəhlizinin açılması çox önəmlidir. Üçtərəfli Bəyanata əsasən, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında yol açılacaq. Bu, həm də Türkiyə ilə Azərbaycan arasında birbaşa əlaqənin yaradılması deməkdir. Bu, ölkələrimiz üçün çox vacibdir. Bu yolun açılması ilə Türkiyə və Azərbaycan əlavə üstünlüklər qazanacaq“.

XəzərNews.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Anadolu agentliyinə müsahibəsində bildirib.

C.Bayramov bildirib ki, bizim Türkiyə vasitəsilə Avropa bazarına çıxmaq imkanımız olacaq:

“Eynilə Türkiyənin də Azərbaycan ərazisindən Orta Asiyaya çıxmaq imkanı yaranacaq. Bu, həm Ermənistanın, həm də regionun digər ölkələrinin xeyrinə olan layihədir. Ermənistanın bunu başa düşəcəyini və çox konstruktiv addımlar atacağını gözləyirik”.

Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılışı üçün işlərin başlandığını deyən C.Bayramov qeyd edib:

“İşlərə artıq başlanılıb. İndi dəmir və avtomobil yollarını birlikdə təşkil etmək lazımdır. Sovet dövründən qalan quru yolları var idi. Lakin Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalından sonra həm işğal olunmuş bölgədə, həm də Ermənistan ərazisindən keçən hissədə yol infrastrukturu tamamilə dağıdılıb. Bu il Azərbaycan öz ərazisində qalmış yolun yenidən qurulmasına başlayıb. Üçtərəfli Bəyanatın bütün maddələri həyata keçirilsə, işin yalnız kiçik bir hissəsi qalacaq. Onun həyata keçirilməsi çox vaxt tələb etməyəcək. Ona görə də dəhlizin nə zaman açılacağını demək mənim üçün çətindir, amma işlər davam edir”.

Xəbər 3142 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +