Bu məqalə, Azərbaycan Respublikası Prezidentinin Milli Məclisin əvvəlki tərkibinin ləvğ edilməsi və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərarına həsr olunub. Qərarın səbəbləri arasında deputatların savadsızlığı, dövlətçilik şüurunun zəifliyi, Azərbaycan ədəbi dilində danışa bilməməsi, o cümlədən vətəndaşlara verdiyi sözləri yerinə yetirməməsi kimi amillər də vardır. Məqalədə vurğulanır ki, Prezidentin bu sərəncamı ölkədə demokratik, sosial və iqtisadi islahatların həyata keçirilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün böyük əhəmiyyət daşıyır. Məqalə müəllifi Fərhad Turanlı seçicilərə müraciət edərək, yeni seçkilərin azad və demokratik şəkildə keçirilməsinin vacibliyini qeyd edir. O, seçkilərdə namizədliyini irəli sürənlərin Azərbaycan dövlət dilini bilməsi, yüksək savadlı vətəndaş olması və onların “millət vəkili toxunulmazlığı haqqında qanunun” ləğv edilməsinə hazır olmasının vacib olduğunu vurğulayır.
Məqalədə həmçinin seçkilərin nəticəsində qurulan yeni Milli Məclisin Vətənimizin ərazi bütövlüyünün qorunması, Qarabağdakı erməni işğalı və onların azərbaycanlılara qarşı törətdikləri qətliamların məhkəmə qərarlarına əsasən tanınması və Azərbaycanın beynəlxalq müstəvidə güclənməsi kimi məsələlərdə böyük əhəmiyyət kəsb edəcəyi bildirilir.
Son olaraq, müəllif seçkilərin saxtakarlıqdan uzaq, şəffaf və ədalətli təşkil olunmasının zəruri olduğunu vurğulayaraq, seçiciləri qaydalara əməl etməyə və layiqli namizədlərə səs verməyə çağırır.
Xəzərnews.az xəbər verir ki, Platform4.news olaraq, bu gedişatın diqqətlə izlənməsi və seçicilərimizə doğru məlumatların çatdırılması üçün gərəkən işləri görməkdəyik. Azərbaycanın yeni parlament seçkiləri, cəmiyyətimizin inkişafı və dövlətimizin güclənməsi üçün əhəmiyyətli bir hadisədir. Bu seçkilər, Azərbaycan tarixinin yeni bir dövrünün başlanığıcı kimi də dəyərləndiriləcək və cəmiyyətimizin, dövlətimizin inkişafı, gələcək nəsillərin rifahı üçün müstəsna əhəmiyyət kəsb edəcəkdir.
HÖRMƏTLİ VƏTƏNDAŞLARIMIZ!
VƏTƏNDAŞIN SƏSİ VƏ SƏS VERMƏ HÜQUQU ONUN ŞƏRƏFİ, NAMUSU VƏ LƏYAQƏTİDİR, TOXUNULMAZDIR!
AZƏRBAYCAN RESPUBLIKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVİN SƏRƏNCAMI ilə
MM-in əvvəlki (VI çağrış) heyyətinin ləvğ edilməsi və növbədən kənar seçkilər haqqında QƏRARI deputaların çoxunun savadsız, təcürbəsiz, milli və dövlətçilik şüurlarının, dünyagörüşlərinin zəif olması, Azərbaycan ədəbi-dövlət dilində danışa bilməmələri, Vətənimizin ərazi bütövlüyü, azərbaycanlı əsirlərin azad olunması, o cümlədən Moskvadan verilən əmrə əsasən sovet ordusunun 1990-cı ilin yanvar ayının 20-də Bakı şəhərəinə hücum edərək insanları öldürmələri və erməni silahlı-terror örgütlərinin Azərbaycanın Qarbağ ərazisindəki şəhər və kəndlərində azərbaycanlılara qarşı qətliamlar törətməsi ilə əlaqədar, ayrıca Xocalı qətliamının qanunların tələbinə görə soyqırımı kimi tanıdılması üçün iş görmə qabiliyyətlərinin olmaması, Beynəlxalq məhəkəmə və Hərbi tribunalın qərarlarını əldə edə bilməmələridir.
Onu da qeyd etmək gərəkir ki, bu səbəblərdən biri də “deputalaraın” saxta seçildikləri kənd və şəhərlərdə ağır şəaritdə yaşyan vətəndaşlara verdikləri sözə əməl etməmələridir. MM-si qocalar və əyləncə evinə çevirərək yaxınları, məmurlarla birlikdə Azərbaycanın sərvətini, pulunu mənimsəyərək dövlətçiliyimizin milli marağlarına, xalqa ciddi ziyan vurmaları ilə bağlıdır. Onu da qeyd etmək kərəkir ki, ziyalı, camaata xidmət edən bir-neçə millət vəkilləri də vardır. Azərbaycanın 44-günlük milli-azadlıq Qarabağ müharbəsindən sonra 2024-cü ilin sentyabr ayının 1-də gerçekləşdiriləcəyi seçkilər qayda-qanunlara əsasən, saxtakarlığa yol verilmədən ölkəmizin hər yerində azad və demokratik olacağının mühim əhəmiyyəti olacaqdır.
XÜSUSİLƏ QEYD ETMƏK GƏRƏKİR Kİ, MÖHTƏRƏM PREZİDENTİN TƏQDİRƏ LAYİQ BU SƏRƏNCAMI ÖLKƏDƏ MÜASİR ZAMANIN TƏLƏBLƏRİNƏ GÖRƏ GERÇƏKLƏŞDIRİLƏN VƏ BÖYÜK ƏHƏMIYYƏT KƏSB EDƏN DEMOKRATİK, SOSİAL, İQTİSADİ İSLAHATLARLA, AZƏRBAYCANIN ƏRAZİ BÜTOVLÜYÜNÜN BƏRPA OLUNMASI İLƏ BAĞLIDIR.
Kimliyindən aslı olmayaraq səsvermək hüququ olan bütün vətəndaşlarımızın seçkilərdə iştirak etmələri və qeyd olunan şərtlərə əməl etmələri vacibdir. Seçkilə əlaqədar qanunlara ciddi şəkildə əməl edərək bu seçkilərdə iştirak etmək hüququ olan vətndaşlar qeyd olunan tələblərə cavab verə biləcək 95 %-i yeni olan, millət vəkili adına layiq ən ləyaqətlli namizədlərə səs vermələri şərtdir:
1.Azərbaycan ədəbi-dövlət dilini bilən və səlist danışmağı bacaran vətəndaşlar;
2.Yüksək savadı və təhsili olan ilk növbədə hərbiçi, hüququşünas, iqtisadçı, siyasətçi, mühəndis, tarixçi, dilçi ixtisasları olan vətənpərvər şəxslər;
3.Dərin milli şüuru olan və Azərbaycan torbağlarının müdafiəsi üçün hər an döyüşə hazır olduğlarını bəyan edən şəxslər;
4. Seçildiyi təqdirdə millət vəkili toxunuzmamazlığı haqqında qanunun ləğv edilməsinə hazır olan şəxslər;
5.El-obada, cəmiyyətdə hörməti və nüvuzu olan şəxslər;
6.Diasporada hörməti olan e`tibarlı vətəndaşlar;
7. Səsvermə zamanı qəti şəkildə saxtakarlığa yol verilməməsi və şəffaflığın təmin olunması;
8. 60 % 25-40 yaşı olan namizədlərə səs vermək;
9. 25 % 40-50 yaşı olan namizədlərə səs vermək;
10. 12 % 50-65 yaşı olan namizədlərə səs vermək;
11. 3 % 65-75 yaşı olan namizədlərə səs vermək;
12. Yaşı 75-dən yuxarı olan namizədlərə qəti şəkildə səs vermək olmaz, ona görə ki, mürəkkəb Beynəlxalq şəraitində olan Vətən üçün bu yaşda olan insanlar fiziki həm də səhhətlərinə görə uyğun fəaliyyət göstəmələri qeyri mümkündür;
13.MSK-nın millətin vəkilі seçilmək istəyən şəxslərin qeydə alınmasında bəhs olunan amilləri nəzərə alması şətrdir. Bu bağlamda tayfaçılığa, yerlibazlığa qəti şəkildə yol verəlməməlidir. Namizədlər Azərbaycanın bütün ərazilərindən əhalinin sayına görə mütanasib şəkildə qeydə alınmalıdır. Əgər sadaladığımız şərtlərə əməl olunarsa, bu seçkilərin nəticəsində qurulan Milli Məclisin ölkəmiz, dövlətimiz üçün həyati əhəmiyyət kəsb edən məsələlərin həllində faydası olacaq:
1.Vətənimizin ərazi bütövlüyü və dövlətimizin müstəqilliyi daima qorunacaq;
2.Qarabağın Xocalı və başqa şəhər və kəndlərində erməni silahlı-terror örgütlkəri tərəfindən azərbaycanlılara qarşı törədilən qətliam – azərbaycanlıların soygırımı olaraq tanıdılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsində, Beynəlxalq Ali Məhkəməsində və Beynəlxalq Hərbi Tribunalda vacib olan qərlarlar, xarici ölkələrin parlamentlərdə isə qanunlar qəbul ediləcəkdir;
3.Qarabağ Vətən müharibəsi əlillərinin sosial təminatına əməl olunacaqdır;
4.Ermənistan əsirliyində olan azərbaycanlılar əsarətdən azad olunacaqlar;
5.Əhalinin təhsili, elmi artacaq, o cümlədən tibbi və sosiyal vəziyyəti tələblərə uygun olacaqdır;
6. Ağır şəraitdə yaşayan kənd camaatının içməli su, xəsətəxana və tələblərə uygun şəraiti olan məktəblərlə təmin olunasına əməl ediləcək, kəndlərə yollar çəkiləcəkdir;
6. Ailələrin, uşaqların sosial təminatı və inkişafı, o cümlədən hüquqlarının müdafiəsi təmin olunacaqdır;
7. İnsanların əmək fəaliyyəti müddətinin başa çatması ilə əlaqədar təqaüdlərinin artırılması üçün müvafiq qanunların olması təmin ediləcəkdir;
8.Azərbaycanlıların kimliyi / soy adları adət-ənənlərə uyğun olaraq bərpa olunacaq;
9.Beynəlxalq münsibətlərimiz, o cümlədən həyati əhəmiyyət kəsb edən diaspora ilə əlaqədar dövlətin siyasəti və lobbiçilik fəaliyyəti daha gücləndiriləcəkdir;
10.Ölkədə savadlı və demokratik cəmiyyət, o cümlədən hüquq dövləti qurulacaq;
11.Mə`lumat vasitələri Azərbaycanın milli mədəni dəyərlərinə əsaslanaraq Azərbaycanın ədəbi dövlət dilində danışacaq, dövlətçilik tarixinimizi də doğru əks etdirərək fəaliyyət göstərəcəklər;
12. Hüquq muhafizə qurumları, o cümlədən polis təşkilatı cəmiyyətin, dövlətin qayda-qanunlara əsasən inkişafını qəti şəkildə təmin edəcək, rüşvətxorluğu, təşkiltlanmış cinayətləri kökündən ləvğ edəcəkdir;
13.Müstəqil dövlətçilik rəmzi olan və birliyimizi təmin edən ən güclü vasitə – Azərbaycan ədəbi-dövlət dili düzgün öyrəniləcək və hər sahədə tətbiq olunacaqdır;
14.Qeyd olunan məslələrin həlli ilə əlaqədar qanunlar təkmiləşdiriləcək və onlara əməl olunacaqdır;
15.Vətəndaşlar millət vəkillərini tanıyacaq və onlara hörmət edəcəklər.
Fərhad Turanlı
Tarix elmlər doktoru, professor, “Kyivo-Mohılyanska Akademiyası” Milli Universiteti Humanitar elmlər fakültəsi Ümumi və Slav dilləri kafedrasının professoru, Ukraynalı və Azərbaycanlı Ziyalıları Assambleyası” İctimai təşkilatın sədri.
Xəbər 4004 dəfə oxunub.