Almaniya: Macarıstan Putini həbs etməlidir
Sabiq professor vəfat etdi -FOTO
Meriyanın şöbə müdiri vətəndaşı təhqir etdi - Video
Trampın Putinlə görüşü Aİ-yə zərbədir?
“Azpulmat” əməkdaşı borcu ödəməyən müştərini təhqir etdi
Ən böyük mehdiyevçilər onlardır... - Sabiq deputat
“Mango”nun qurucusunu oğlu öldürüb
Pensiya yaşı artırılacaqmı? - Rəsmi açıqlama
Ramiz Mehdiyev bu villasındadır - Foto
Tramp və Zelenski raket tədarükünü müzakirə edəcək


15.04.2021  21:27 

“Üçüncü dalğanın pik həddindəyik, bundan sonra yoluxma azalacaq”





A+  A-

“Azərbaycanda koronavirusa yoluxma artıb. Artıq gündəlik yoluxma sayı iki minin üzərindədir”.
XəzərNews.az xəbər verir ki, bunu TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov “REAL İntervyu”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, bir müddət əvvəl çox həyəcanlı vəziyyət yaranmışdı:

“Sanki hər gün yoluxma artımı davam edirdi. Hətta 2700-ə çatmışdı. Sözsüz ki, bu hamını narahat edirdi. Son günlər yoluxma sayının 2200-2500 arasında dəyişməsinin şahidi oluruq.

Yoluxma sayının artmasında bir stabilləşmə var. Bu bizi bir qədər sakitləşdirir. Əslində, epidemiyanın özünün bir qanunauyğunluğu var. Bunu əvvəllər də demişik.

Yoluxma sayları əvvəlcə artma tempində davam edir. Pik həddinə çatır. Sonra pik vəziyyətində müəyyən müddət qalır və yoluxma sayları azalmağa başlayır.

Hazırda üçüncü dalğa dediyimiz vəziyyətin pik həddini yaşayırıq. Çünki yoluxma saylarında gündəlik artım, demək olar ki, yoxdur. Bir qədər stabilləşmə var. gözləntilərimiz özünü doğrultsa, gündəlik yoluxma sayı artmasa, bir müddət sonra bu sayın azalmasını müşahidə edəcəyik”.

Xəbər 3277 dəfə oxunub.




17.10.2025  17:58 

Sabiq professor vəfat etdi -FOTO

17.10.2025  11:02 

Putin Mehdiyevi niyə qurban verdi?

17.10.2025  10:13 

Bakıya leysan yağır


BÜTÜN XƏBƏRLƏR +