“Fərdi jurnalist müsabiqəsi”nin qalibləri açıqlandı - Siyahı
Qobuda dəhşətli qəzanın... - Videosu
Bəzi qanunların dili olduqca çətindir - Sabir Rüstəmxanlı
Büdcəyə gömrük daxilolmaları niyə azalıb?
Kimlərə 8 min manat müavinət veriləcək?
Tibbi Sığorta ilə dərmanları necə alacağıq?
Prezident Əliyev Əraqçı ilə nədən danışıb?.. - QƏBUL
Şüeyb Bəhmən yenə cəfəng iddialar səsləndirib
Pirəkəşkül və Ağdərədə partlayış olacaq - Rəsmi
Əraqçi Prezident İlham Əliyevlə görüşüb


17.10.2025  17:25 

“Azpulmat” əməkdaşı borcu ödəməyən müştərini təhqir etdi





A+  A-

“Azpulmat” bank olmayan kredit təşkilatının əməkdaşı borcu ödməyən müştərini təhqir edib.

XəzərNews.az xəbər verir ki, bununla bağlı Bakues.az-a şikayət məktubu daxil olub.

Şikayətçi Məmmədli Ramiz Azər oğlu bildirib ki, sözügedən kredit təşkilatı borc ödənilmədiyi üçün müştərini məhkəməyə verib və bununla bağlı qarşı tərəfə məlumat verib. Təşkilat əməkdaşı daha sonra şəxsin axtarışa verildiyini qeyd edərək, vəsaitin ödənməsini tələb edib. Lakin bu tələb formasında müştərinin şəxsiyyəti alçaldılıb.

Qeyd edək ki, Azərbaycanda banklardan kredit götürə bilməyən şəxslərin üz tutduqları maliyyə strukturlarından biri də “Azpulmat” bank olmayan kredit təşkilatıdır.

Lakin son zamanlar bu bank olmayan kredit təşkilatı ilə bağlı şikayətlər bitmir. Şikayətçilər əsasən əməkdaşların müştərilərlə kobud rəftar etdiyini və müştəri məmnuniyyətinə əməl etmədiklərini vurğulayırlar.



Xəbər 3141 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +