Almaniya: Macarıstan Putini həbs etməlidir
Sabiq professor vəfat etdi -FOTO
Meriyanın şöbə müdiri vətəndaşı təhqir etdi - Video
Trampın Putinlə görüşü Aİ-yə zərbədir?
“Azpulmat” əməkdaşı borcu ödəməyən müştərini təhqir etdi
Ən böyük mehdiyevçilər onlardır... - Sabiq deputat
“Mango”nun qurucusunu oğlu öldürüb
Pensiya yaşı artırılacaqmı? - Rəsmi açıqlama
Ramiz Mehdiyev bu villasındadır - Foto
Tramp və Zelenski raket tədarükünü müzakirə edəcək


16.04.2020  11:16 

Tünzalədən Rəqsanənin qalmaqallı fikirlərinə reaksiya





A+  A-

Müğənni Rəqsanə İsmayılovanın Xalq artisti Tünzalə Ağayevanın ünvanına səsləndirdiyi fikirlər tərəflər arasında gərginliyin yaranması ilə nəticələnib.
XəzərNews.az xəbər verir ki, bir neçə gün bundan əvvəl Rəqsanənin instaqramda “Dövlət məmurlarının uşaqlarının toylarında oxuyurdunuz. “Xalq artisti” adını alıb şokolad mağazası açmaqla deyil... Tünzalə Ağayeva, şokoladı müğənnilərin evinə göndərib reklam edirsən. Səni sevən xalqa kömək et. Bağlatdır o şokoladdan on qutu, göndər on yetimin evinə”,- deməsi qarşı tərəfin xoşuna gəlməyib.

Əvvəlcə sənətçinin prodüseri Yalçın Cabbarov açıqlama verərək T. Ağayevanın daim xeyriyyə addımları atdığını söyləyib. Daha sonra sənətçi sosial şəbəkədə ona dəstək olan insanların statuslarını “story”də paylaşıb, Rəqsanənin üzr istəməsini eyham edib.

Hətta Xalq artisti bu gün aparıcı Nərgiz Cəlilovanın statusunu öz əsas səhifəsində paylaşaraq Rəqsanənin iddialarına cavab verib. Fransız yazıçısı Deni Didrodan sitat gətirilən statusda yaxşılığı incəliklə etməyin vacibliyi vurğulanıb:

“Xoş deyil kimsəni məzəmmət etmək,

Bilmədən, görmədən həqarət etmək.

“Yaxşılıq” təqdirəlayiq hərəkət,

Minnətsiz olması böyük məharət!

Allah da gizlidir,

Əsl mərhəmət, əməl sahibinə verilən qiymət.

Yalnız yaxşılıq etmək kifayət deyil,

Yaxşılığı incəliklə etmək də vacibdir”.

Ağayeva sözügedən statusa rəy yazan, R. İsmayılovanın tənqidi fikirlərini birmənalı qarşılamayan şəxslərin şərhlərini bəyənib, hətta onlara cavab da yazıb.

Xəbər 3249 dəfə oxunub.




17.10.2025  17:58 

Sabiq professor vəfat etdi -FOTO

17.10.2025  11:02 

Putin Mehdiyevi niyə qurban verdi?

17.10.2025  10:13 

Bakıya leysan yağır


BÜTÜN XƏBƏRLƏR +