Almaniya: Macarıstan Putini həbs etməlidir
Sabiq professor vəfat etdi -FOTO
Meriyanın şöbə müdiri vətəndaşı təhqir etdi - Video
Trampın Putinlə görüşü Aİ-yə zərbədir?
“Azpulmat” əməkdaşı borcu ödəməyən müştərini təhqir etdi
Ən böyük mehdiyevçilər onlardır... - Sabiq deputat
“Mango”nun qurucusunu oğlu öldürüb
Pensiya yaşı artırılacaqmı? - Rəsmi açıqlama
Ramiz Mehdiyev bu villasındadır - Foto
Tramp və Zelenski raket tədarükünü müzakirə edəcək


23.09.2025  13:16 

Məhrum edilən uşaqlar, unudulan dəyərlər





A+  A-

Dünən Moskvada evimizin qarşısında oynayan uşaqlar arasında bir qızcığaz diqqətimi çəkdi. Gözlərindəki qəm, üzündəki ifadə adamı dərindən sarsıdırdı.

Yaxınlaşıb soruşdum:

– Neçə yaşın var? Haralısan?
– Yeddi. Atam, anam Qırğızstandandır, – dedi.

Sonra sual verdim:
– Məktəbə gedirsənmi?
– Yox... məni məktəbə almadılar.

Səbəbini öyrənmək istədim. Cavabı isə adamın ürəyini parçalayırdı:
– Suallar asan idi, əvvəlcədən hazırlaşmışdım. Bildiyim şeyləri soruşdular. Amma müəllim yaxşı insan deyildi. İmtahandan keçməyimə imkan vermədi.

– Bəs indi nə edəcəksən? Qırğızıstana gedib oxuyacaqsanmı? – deyə soruşdum.
– Bilmirəm. Atamla anam burda işləyirlər. Mən isə sadəcə oxumaq istəyirəm... – deyə cavab verdi.

Onun danışığına qulaq asarkən heyrətləndim. Rus dili mükəmməl idi, özünü ifadə etmə bacarığı yaşından qat-qat yuxarı görünürdü. Hiss olunurdu ki, çox ağıllı bir uşaqdır. Amma bütün arzuları, bütün istəkləri sadəcə “məktəbə getmək” kimi bəsit bir haqqın əlindən alınmasıyla puç olur.

Bəli, təəssüf ki, Rusiya bir vaxtlar “qardaş” dediyi, eyni dövlət çətiri altında yaşadığı xalqlara qarşı indi ən sərt, ən faşist yanaşmanı sərgiləyir. Əmək miqrantlarının uşaqları təhsil haqqından məhrum edilir. Orta Asiyadan gələnlərin övladları üçün məktəbə qəbul imtahanı sanki süni bir baryerə çevrilib. Halbuki əvvəllər belə bir qayda yox idi. Rus uşaqları üçün indi də yoxdur. Bu imtahan yalnız miqrant uşaqlarına “yox” deməyin başqa bir üsuludur.

Amma bir tərəfdən də düşünürəm: Rusiya bizi əzərkən, aşağılarkən biz özümüzə niyə dəyər vermirik? Öz dilimizi, öz kimliyimizi niyə ikinci plana atırıq? Bir neçə gün əvvəl Qırğızıstanlı bir iştirakçı Rusiyanın Eurovisiona alternativ olaraq təşkil etdiyi İntervision müsabiqəsində mahnı oxudu. Bəlkə də parlaq səhnə idi, amma mənim üçün acı mənzərəydi: vətəndaşlarının təhqir olunduğu bir ölkəyə gedib mahnı oxumaq, əl çalmaq nəyə xidmət edir?

Bizim özümüzə baxaq: Azərbaycanda yaşayan, rus olmayan, amma evdə uşaqları ilə yalnız rusca danışan ailələr az deyil. Övladlarını rus məktəblərinə yönləndirənlər çoxdur. Sanki öz dilimiz ikinci dərəcəliymiş kimi...

O balaca qızcığazın gözlərindəki nisgil mənə bir həqiqəti xatırlatdı: başqalarının bizi alçaltmasına qəzəblənirik, amma bəzən öz kimliyimizi də biz özümüz əlimizlə məhv edirik.

Aqşin Kişiyev
Moskva


Xəbər 4398 dəfə oxunub.




17.10.2025  17:58 

Sabiq professor vəfat etdi -FOTO

17.10.2025  11:02 

Putin Mehdiyevi niyə qurban verdi?

17.10.2025  10:13 

Bakıya leysan yağır


BÜTÜN XƏBƏRLƏR +