TRIPP üzrə razılaşmaların icrasına başlanılıb
Azərbaycan Gürcüstandan niyə geri qalır?
Bu iş üçün 100 min manat ayırmışıq? - Nazir
Axtarışda olan şəxs Azərbaycana gətirildi
Bakıda taksidən meyit tapıldı
Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO
Daha bir azərbaycanlı müharibədə həlak oldu -FOTO
Prezident fərman imzaladı
Gürcüstan xaricdə səsverməni qadağan edəcək
Ukrayna sülh, Rusiya isə müharibə istəyir- Makron


30.11.2021  20:41 

“O, uçuş imkanı və icazəsi olan pilotlarımızdan biridir“ - DSX sədri





A+  A-

"Helikopterin pilotu – polkovnik Füzuli Cavadov ağır şəraitdə uçuşlara yüksək hazırlıqlı, uçuş imkanı və icazəsi olan pilotlarımızdan biridir. O, hələ Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib. Helikopter demək olar ki, yenidir və qısa müddət əvvəl onda təmir işləri aparılıb".

XəzərNews.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev noyabrın 30-da təşkil olunan brifinqdə məlumat verib.
Hadisə ilə əlaqədar ilkin müayinə işlərinin aparıldığını və qara qutunun tapıldığını vurğulayan DSX rəisi qeyd edib:

“Hazırda qara qutunun müvafiq hissələri Baş Prokurorluqdadır. Baş Prokurorluq tərəfindən dərin təhlil işləri aparıldıqdan sonra hadisənin başvermə səbəbi daha da dəqiqləşdiriləcək. Hazırda hadisənin başvermə səbəbi haqqında dəqiq söz demək mümkün deyil. Ancaq onu deyə bilərik ki, hansısa kənar təsirdən söhbət gedə bilməz”.

E.Quliyev bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyi hərbi təlimlərdə həlak olan hərbi qulluqçulara şəhid statusunun verilməsini nəzərdə tutur.

Həlak olan hərbçilərin dəfn mərasimləri ilə bağlı məlumat verən DSX rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın müvafiq tapşırıqlar verdiklərini vurğulayaraq deyib:

“Dəfn mərasimləri sabah gün ərzində valideynlərlə məsləhətləşmələr aparıldıqdan sonra həyata keçiriləcək. Bu haqda müvafiq tapşırıqlar verilib. Ancaq ilkin olaraq valideynlərlə məsləhətləşməliyik”.

Xəbər 2703 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +