TRIPP üzrə razılaşmaların icrasına başlanılıb
Azərbaycan Gürcüstandan niyə geri qalır?
Bu iş üçün 100 min manat ayırmışıq? - Nazir
Axtarışda olan şəxs Azərbaycana gətirildi
Bakıda taksidən meyit tapıldı
Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO
Daha bir azərbaycanlı müharibədə həlak oldu -FOTO
Prezident fərman imzaladı
Gürcüstan xaricdə səsverməni qadağan edəcək
Ukrayna sülh, Rusiya isə müharibə istəyir- Makron


27.06.2018  17:05 

Bakıda özəl klinikada həkim tapılmadı, vətəndaş öldü - VİDEO





A+  A-

Bakıda 20 Yanvar metrosunun yaxınlığında yaşlı kişi dünyasını dəyişib.
XəzərNews.az bildirir ki, AZXEBER.COM-a məlumat verən hadisə şahidinin sözlərinə görə, hadisə Yasamal rayonu ərazisində yerləşən "Yeni Med" klinikasının qarşısında baş verib. 50 yaşlarında olan kişinin klinikanın önündə ürəyi dayanıb. Məlumata görə, vətəndaşlar dəfələrlə klinikadakı həkimlərə kömək etmələri üçün çağırış etsələr də, klinikada ona yardım etməyə həkim tapılmayıb.

Vətəndaşlar özləri ürəyi dayanan kişiyə ilkin tibbi yardım göstərməyə çalışıblar. Ancaq bunun da fayda vermədiyini görüb təcili tibbi yardıma zəng ediblər. Ancaq təcili tibbi yardım maşını da hadisə yerinə gəlməyib. Nəticədə vətəndaşlar özləri onu yaxınlıqdakı Respublika Klinik Xəstəxanasına aparıblar. Ancaq yaşlı kişi yolda keçinib.

Məsələ ilə bağlı hadisənin baş verdiyi ərazidə yerləşən "Yeni Med" xəstəxana ilə əlaqə saxladıq.

Xəstəxana əməkdaşı açıqlamasında hadisənin baş verdiyini təsdiqləyib:

"Bəli, belə bir hadisə baş verdi. Biz geniş təchizatlı xəstəxana deyilik. Bura polikilinika tipli yerdir. Hazırda mərkəzdə həkim olmadığı üçün biz özümüz - tibb bacıları yardım etməyə çalışdıq. İlkin tibbi yardım zamanı vətəndaş artıq keçinmişdi. Onun nəbzi atmırdı. Biz bundan sonra təcili tibbi yardıma zəng etdik. Bilirsiniz ki, əgər ölüm faktı varsa bu zaman təcili tibbi yardıma zəng etmək lazımdır. Bundan sonra bəzi qəzəbli vətəndaşlar bizim mərkəzə hücum çəkdilər. Xəstənin həyat yoldaşı da hadisə yerinə gəldi. O, həyat yoldaşının ona zəng edərək ürəyində ağrılar olduğunu və buna görə xəstəxanaya getdiyini deyibmiş".

Həmin görütüləri təqdim edirik:


Xəbər 2446 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +