Mehdiyevin nəvəsi 630 minlik maşınla gəzir
Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb


29.08.2023  10:38 

Bu saxta arayışlar kimə lazımdır?





A+  A-

Rusun "бумажная волокита"sı müstəqil Azərbaycana necə transfer olur?

Ciddi bir problemdən söhbət açmaq istəyirəm.

Avqust ayı başlayanı bütün rayonların poliklinikalarında adam əlindən tərpənmək olmur. Elə bilirsiniz, xəstələrdir? Yox, canım, sağlamlıq arayışı alanlardır.

Ali məktəbə, kollecə, peşə məktəbinə girənlər, orta məktəblərin hazırlıq qrupuna və l sinfinə gedənlər, oxuduğu və işlədiyi məktəbi dəyişənlər, DİM-in qılıncının altından keçib iş yerlərinə təyinat alanlar əllərində şəxsiyyət vəsiqəsi və 3×4 ölçüdə şəkillər poliklinikalarda uzun-uzadı bir növbəyə durublar.

17 yaşadək olanlar güzəştli şərtlə, 17 yaşdan yuxarı olanlar bir sağlamlıq arayışı üçün 41 manat köçürməklə otaqları gəzir, həkimlərin birinə qol çəkdirir, digərinə möhür, bir başqasına künc ştampı vurdururlar.

Həkimlər nəinki müştərilərinin sağlamlıqlarını yoxlayırlar, heç başlarını qaldırıb arayış alanın üzünə belə baxmırlar.

Bu saxta prosedur nəyə lazımdır?

Milləti niyə gərəksiz yerə narahat edir, onları harasa pul köçürməyə məcbur edirlər?

Bu qaydanı kim qoyub?

Bu saxta arayışlar kimə lazımdır?

Sovet dönəmində bu tipli prosedurlara yaş kağızı, yaxud pasport, təhsil haqqında sənəd (şəhadətnamə və attestat) kifayət edirdi.

Bu gərəksiz sənədtoplama əməliyyatı haqqında əməlli-başlı düşünməyə dəyər. Bu məsələni təkcə millət vəkilləri deyil, hər bir ziyalı, hər bir vətəndaş qaldırmalıdır.
Bu cür əməllər vətəndaşlara əzab və əziyyət verməkdən başqa bir şey deyil.

Bilal Alarlı

Xəbər 3140 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +