Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır


18.09.2017  16:15 

Hökməlidə qaz problemi bitmir — Kənd sakinlərindən ŞİKAYƏT





A+  A-

Kənd sakinlərinin bildirdiyinə görə, kəndə gələn qaz xəttlərinə qeyri-qanuni qoşulanlar olduğu üçün kəndin qazını kəsib, həmin qeyri-qanuni-qoşulmaları xətdən ayırırlar, nəticədə isə kənd qazsız qalıb.
Kənd sakinləri onu da bildirib ki, artıq kəndin aşağı hissəsinə qazın verilişi bərpə edilib, ancaq yuxarı hissə hələ də qaz üzünə həsrətdir.

Məsələni aydınlaşdırmaq üçün “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayevlə əlaqə saxladıq. İbrahim Kərbəlayev bildirdi ki, Hökməli kəndində mərhələli şəkildə iş gedir:

"Hökməli kəndində qaz xəttlərinə qeyri-qanuni qoşulmalara görə kəndə qaz təchizatı dayandırılmışdı. Orada məhəllə-məhəllə aparılan işlərdən sonra kəndin böyük əksəriyyətində belə desək, "təmizləmə" işləri görülüb qurtarıb".

Qeyri-qanuni qaz xəttlərinə qoşulanlara görə qazsız qalanların şikayətinə gəldikdə isə İbrahim Kərbəlayev bildirdi ki, ərazidə iş gedir:

"Ərazidə bizim əməkdaşlarla yanaşı icra hakimiyyətinin əməkdaşları da işləyir və sakinləri həm də marifləndirirlər. Ancaq hələ də qeyri-qanuni qoşulmalar var. Məhəllə-məhəllə qaz xəttlərinə qeyri-qanuni qoşulmalar aradan qaldırıldıqdan sonra kənd qazla təmin ediləcək".

Qeyd edək ki, qeyri-qanuni qaz xəttlərinə qoulmalara görə digər sakinlərə də qaz verilişi dayandırılıb.

(olke.az)

Xəbər 4138 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +