Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır


15.09.2017  12:32 

Jurnalistlərin yol problemi - Gərək maşın kimisə öldürsün, sonra həll olunsun?..





A+  A-

Deyirlər dərzi öz yamağını tikə bilmir. Elə jurnalistlər də başqalarının dərdinə əlac tapa bilsə də, sıra öz probleminə çatanda durğunluq yaranır.
Məsələn, jurnalistlərin Bibiheybətdəki binası ərazisindəki yol problemi hələ də qalır. Söhbət həmin yolda hər hansı zolaq və ya işarənin olmamasından gedir. Başqa vaxt sözünün kəsərindən istifadə edənlər, nədənsə şikayətlərini dilə gətirməkdən çəkinirlər. Təbii, istisnalar qaydaları pozmur.
Həmin yolda qarşı tərəfdəki dayanacağa getmək üçün sakinlər sürətli qaçmaq və ya maşınların azaldığı vaxtı gözləmək məcburiyyətindədirlər.
Maraqlıdır, jurnalistlər nə zamana kimi bu cür təhlükə ilə üz-üzə qalacaqlar?

Bakı Nəqliyyat Agentliyinin ( BNA) İctimai əlaqə və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib ki, rəsmi qurum olaraq problemlə bağlı öz təkliflərini irəli sürüblər:

“Jurnalistlər binasının ərazisi ilə bağlı həmkarlarımız bizə müraciət etmişdi. Bundan sonra əməkdaşlarımız əraziyə baxdı. Əslində həmkarlar dayanacağa getmək, evlərə rahat gedişi təmin etmək üçün həmin ərazidə piyada zolağının çəkilməsini istəyirlər. Sadəcə, həmin yolun təyinatı elədir ki, orada piyada zolağı ola bilməz. Sürətli yol olduğu üçün bu, düzgün deyil. Bu səbəbdən Bakı Nəqliyyat Agentliyi orada yaşayan əhalinin rahatlığını təmin etmək üçün Nazirlər Kabineti Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına müraciət etdi. Ərazidə yerüstü piyada keçidinin tikilməsi ilə bağlı təklif verildi və bu, Komissiya tərəfindən müsbət dəyərləndirildi. Bizim işimiz bununla bitmiş sayılır. Artıq tikintiyə nə zaman vəsait ayrılacaq, iş nə zaman başlayacaq - bu haqda məlumatlı deyiləm. Bu haqda yeni informasiya olanda bildirəcəm”.

M.Ağayev deyib ki, ərazidə yaşayan əhali sadəcə səbr etməlidir:

“İstər piyada keçidi ilə bağlı yol nişanı, istərsə də zolaq qoyulması mümkün deyil. Çünki yol nişanı ilə zolaq təyinatı eyni şeydir. Yolun təyinatına görə müəyyən hissədə maşınların sürətini azaltması düzgün hesab olunmur. Bu səbəbdən bir qədər səbr etmək lazımdır ki, ərazidə yerüstü piyada keçidi inşa edilsin”.

(modern.az)

Xəbər 4151 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +