Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır


02.06.2017  15:41 

Güclü sel İsmayıllı-Şəki yolunu bağladı





A+  A-

Güclü sel Qaraməryəm-İsmayıllı-Şəki yolunda da fəsadlara yol açıb.
Bu barədə XəzərNews.az-a məlumat verən “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib ki, güclü sel suları palçıq, daş və ağac qırıntılarını yolun hərəkət hissəsinə doldurub:
“Belə ki, bölgəyə ötən gecədən başlayaraq yağan güclü leysan yağışları bu gün günorta saatlarında daha da güclənib. Yağışdan sonra dağlardan gələn sel suları sözügedən avtomobil yolunun 38-40-cı km-lik hissəsində avtonəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib. Dərhal əraziyə “Azəravtoyol” ASC-nin əməkdaşları və ağır texnikaları əraziyə cəlb edilərək yolun təmizlənməsi istiqamətində işlərə başlayıblar. Qsa müddət ərzində yolda hərəkət bərpa olunub”.

A.Nəcəfli bildirib ki, hazırda ərazidə selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir:
“Avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem müşahidə olunmur”.

Xəbər 3806 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +