Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


13.11.2024  18:23 

Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 994-cü günü…





A+  A-

Göründüyü kimi müharibə 1000-ci gününə yaxınlaşır. Bu müddətdə mübariz Ukrayna xalqı Rusiya imperializminə qarşı mərdliklə döyüşür.

Hərçənd ki, qüvvələr nisbəti fərqlidir. Buna rəğmən bu müddətdə “ayaqda qalmaq”, dövləti və dövlətçiliyi qorumaq böyük güc , əzm və iradə tələb edir. Həm də azad, müstəqil və demokratik Ukrayna Rus imperializmi üçün ekzistensial təhdiddir. Yəni-əzmkar xalq bütün çətinlik və məhrumiyyətlərə baxmayaraq öz üzərinə düşəni edib, edir və edəcək də. Şərtlər nə olursa-olsun xalqın iradəsinə zidd heçnə ola bilməz.

Bunlar öz yerində, amma təəssüflər olsun ki, bu gün yeni dünya nizamı yaratmaq adı altında olan-qalan nizam da dağıdılır. Və ya başqa formatda( beynəlxalq
hüquq, öhtəliklər, müharibələrin qarşısının alınması, əməkdaşlıq və sairə) güc formatında təzahür edir. Gücün varsa, yuxarida göstərilən təsisatlar əhəmiyyətini itirmiş sayılır. Bəs, azadlıq, ədalət, ölkələrin özünü müdafiə və suveren haqlarının qorunması kimi demokratik dəyərlər nəyə lazımdır? Heç şübhəsiz ki, Rusiya-Ukrayna müharibəsinin yekunu yeni dünya nizamini da müəyyən edəcək. Bu hüsusda dünya -güclü olmaq uğrunda paradoksal (əslində bəlkə də belə məsləhətdir) bir yarışmaya çəkilir və ən əsası kobud hərbi güc həlledici amilə çevrilir.

Bu gedişatın gələcəkdə hansı fəlakətlərə səbəb olacağı haqqında isə insan düşünmək istəmir.

ABŞ-da keçirilən son prezident seçkiləri və yaxın 4 ildə Ağ Evə Trampın liderliyi ilə Respublikaçılar partiyasının idarə edəcəyini nəzərə alsaq dünyada hansi proseslərin baş verəcəyi naməlum. Çünki Tramp proqnozlaşdırılmayan siyasətçidir. Məlum olan odur ki, Tramp gözləntilərin əksinə olaraq Ukraynanı belə asanlıqla rusiyanın ayağına verməz.
Unutmayaq ki, ABŞ-da xüsusilə, Reyqanın partiyası olan Respublikaçılarda Rusiyaya qarşı birmənalı mövqe yoxdur. Ümid edir və inanırıq ki, Rusiya imperializminə qarşı mərdliklə döyüşən Ukrayna xalqı tarixdən öz layiq olduğu qiymətini alacaqdır. Tarix-həm başa salır həm də cəzalandırır, əgər ondan lazimi nəticələr çixarmadiqca.

994 gündür ki, məğrur və sülhsevər Ukrayna xalqı putin faşizminə qarşı mübarizəni bu mərhələyə kimi gətirib çixarıbsa, bu , öz-özlyündə böyük bir göstəricidir. Bir şeyi dəqiq anlamalıyıq ki, bu müharibə rusiyanın torpaq işğal edib, ərazilərini genişləndirmək müharibəsi deyil. Belə olmadığını anlamaq üçün hazırda Rusiyanı idarə edənlərin Ukraynaya baxışın nə, necə olduğuna nəzər salmaq yetərlidir.Belə ki, putin dəfələrlə öz çıxışlarında deyib ki, müasir Ukrayna dövləti Sovet dövrünün məhsuludur, tarixdə Ukrayna dövləti , xalqı və dili yoxdur. 10 il əvvəl ukraynalılar öz həyatlarında yeni səhifə açdılar. Bu səhifə ukraynalıların rusiya imperializminə-qanunsuzluğa, köləliyə, şərə qarşı yaşam uğrunda mübarizəsidir.

Söhbət təkcə müstəqillik və suverenliyin itirilməsindən getmir, ümumən Ukrayna milli identikliyinin itirilib, yenidən böyük rus etno-kultural dünyasının tərkib hissəsinə çevrilərək onun içərisində əriməkdən gedir. Başqa sözlə, Ukrayna üçün var olmaqla, yox olmaq arasında seçim idi.

Ukraynalılar öz seçimlərini ediblər. Bu seçimə sayğı duymaq lazımdır.Bu yol heç də asan deyil. Qan-qada, itkilər, dağıntılar hesabına olsa da Ukrayna haqq etdiyi azadlığa nail olacaqdır. Ukrayna öz əsgərinə, gücünə və resurslarına inanır. Son sözü Ukrayna xalqı deyəcəkdir.


Oktay Əfəndiyev
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun fəxri sədri





Xəbər 899 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +