TRIPP üzrə razılaşmaların icrasına başlanılıb
Azərbaycan Gürcüstandan niyə geri qalır?
Bu iş üçün 100 min manat ayırmışıq? - Nazir
Axtarışda olan şəxs Azərbaycana gətirildi
Bakıda taksidən meyit tapıldı
Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO
Daha bir azərbaycanlı müharibədə həlak oldu -FOTO
Prezident fərman imzaladı
Gürcüstan xaricdə səsverməni qadağan edəcək
Ukrayna sülh, Rusiya isə müharibə istəyir- Makron


21.10.2023  18:00 

Əməkdar artistə vəzifə verilib





A+  A-

Əməkdar artist Firuz Səxavətə vəzifə verilib.

Xəzərnews.az Kult.az-a istinadən xəbər verir ki, o, Ağdam Musiqi Kollecinin direktoru vəzifəsinə təyin olunduğu üçün Ağdam şəhərinə köçüb:

"Ağdam Musiqi Kollecinin direktoru vəzifəsinə təyin olunandan sonra Ağdam şəhərinə köçmüşəm. Artıq üç aydır ki, oradayam.

Məni bundan sonra yalnız şənbə və bazar günləri efirlərdə görə bilərsiniz. Amma digər qalan günlərdə təyinat və işimlə bağlı Ağdamda oluram. Biz həqiqətən də gözəl günlər yaşayırıq. Azərbaycanımızın bütövlüyünü yaşayırıq. Allah xalqımızın başına birdə qara buludları gətirməsin.

200 ildir ki, biz görmədiyimiz anları indi yaşayırıq. Cənab Prezidentimizin dəmir yumruğu hesabına və şəhidlərimizin qanı-canı bahasına torpaqlarımıza qovuşduq. Bizim milli musiqi kollecimizdə qaçqın idi. Rayondan çıxmışdıq, Bərdədə yerləşirdik. Sonra geri dönüb rayonun bir küncünə yerləşmişdik.

Hazırda kollecimizin 400 tələbəsi var. İnanıram ki, tələbələrimizin sayı getdikcə çoxalacaq. Ağdamda musiqimiz canlanacaq.

Ora bizim savadlı və gözəl mütəxəssislərimizi dəvət edəcəyik. Gələcəklə bağlı çox sayda planlarımız var".

Xəbər 2532 dəfə oxunub.




17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +