TRIPP üzrə razılaşmaların icrasına başlanılıb
Azərbaycan Gürcüstandan niyə geri qalır?
Bu iş üçün 100 min manat ayırmışıq? - Nazir
Axtarışda olan şəxs Azərbaycana gətirildi
Bakıda taksidən meyit tapıldı
Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO
Daha bir azərbaycanlı müharibədə həlak oldu -FOTO
Prezident fərman imzaladı
Gürcüstan xaricdə səsverməni qadağan edəcək
Ukrayna sülh, Rusiya isə müharibə istəyir- Makron


18.12.2021  10:40 

İcra başçısı bu hərəkətinə görə tənqid olundu - FOTO





A+  A-

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun Cəlilabad şəhərində fəaliyyət göstərən 8 saylı körpələr evi-uşaq bağçasına ayaqqabı ilə daxil olması müzakirələrə səbəb olub.

XəzərNews.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tələblərinə, bağçalarda təmizlik və dezinfeksiya işlərinin aparılmasının, tibbi maskadan istifadəyə, hər gün işçi heyətinin və uşaqların temperaturunun ölçülməsinə, sanitar-gigiyena qaydalarına ciddi şəkildə əməl edilməsinin, ərzaqların keyfiyyətinə diqqətin artırılmasının vacibliyini qeyd edən icra başçısı bununla bağlı aidiyyatı üzrə tapşırıqlarını verib.

Amma Rafiq Cəlilov verdiyi tapşırıqları elə 8 saylı körpələr evi-uşaq bağçasında özü pozub. Belə ki, icra başçısı müavinləri ilə bağçaya gedib. Onlar ayaqqabı ilə uşaq otaqlarına daxil olub. Hətta uşaqların gəzdiyi xalçanın üzərinə də ayaqqabı ilə çıxıb.

Bağçanın müdirəsi çəkələklə gəzdiyi halda, onlar ayaqqabı ilə mətbəxə də daxil olublar.

Rafiq Cəlilov 8 saylı uşaq bağçasında etdiyi səhvi həmin gün getdiyi Cəlilabad şəhər 10 saylı körpələr evi-uşaq bağçasında təkrarlamayıb. O, müavinləri ilə birgə 10 saylı uşaq bağçasında keçirilən Yeni il şənliyində iştirak edib. Bu dəfə onlar bağçaya ayaqqabılarının üzərinə selofan paket keçirməklə daxil olublar.







Xəbər 3245 dəfə oxunub.




17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +