TRIPP üzrə razılaşmaların icrasına başlanılıb
Azərbaycan Gürcüstandan niyə geri qalır?
Bu iş üçün 100 min manat ayırmışıq? - Nazir
Axtarışda olan şəxs Azərbaycana gətirildi
Bakıda taksidən meyit tapıldı
Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO
Daha bir azərbaycanlı müharibədə həlak oldu -FOTO
Prezident fərman imzaladı
Gürcüstan xaricdə səsverməni qadağan edəcək
Ukrayna sülh, Rusiya isə müharibə istəyir- Makron


30.08.2021  17:11 

Pensiya alanların sayı azalır





A+  A-

“Azərbaycan əhalisi artdıqca pensiyaçıların sayı azalır, bu tendensiya ilə pensiya alanlar bir neçə ilə əhalinin 10 faizindən də az olacaq”.
XəzərNews.az xəbər verir ki, bunu tanınmış iqtisadçı ekspert Qubad İbadoğlu sosial şəbəkədə yazıb. Dövlət Statistika Komitəsinə istinad edən ekspert pensiya alanların sayının azalmasını 3 səbəblə əlaqələndirib:

“Birinci məqam, pensiya yaşının qaldırılmasıdır. Hazırda Azərbaycanda kişilər üçün pensiya çıxma yaşı 65 il, qadınlar üçün 62 il 6 aydır. Bu göstəriciyə görə MDB dövlətləri arasında liderik.

İkincisi, pensiya hüququnun təmin olunmamasıdır. 2016-cı ildən etibarən pensiya haqqını ala bilməyənlərə yaşa görə müavinət (qocalıq müavinəti) verilir. 2019-cu il aprelin 1-dən etibarən onun aylıq məbləği 130 manat təşkil edir. Bu sistemə keçid başlayan ili yaşa görə müavinət alanların sayı 16 min nəfər idi, hazırda onların sayı 110 min nəfərə çatıb. Bu o deməkdir ki, 110 minə qədər ahıl vətəndaşın pensiya haqqı tanınmadığından onlara qocalıq müavinəti verilir.

Üçüncü səbəb isə ölümün cavanlaşmasıdır. 2019-cu ilin demoqrafik statistikasına görə, həmin il ölənlər arasında 65 yaşına çatmamış Azərbaycan kişilərinin payı 40 faiz, qadınların xüsusi çəkisi isə 31 faiz olub. 2020-ci ildə müharibə və pandemiyaya görə xüsusilə də kişilər arasında gənc yaşlarında ölüm hallarının çoxalması onu deməyə əsas verir ki, ötən il ölən kişilərin hər ikisindən biri pensiya yaşına çatmamış vəfat edib.

Beləliklə də, bu il iyulun 1-ə keçən illin eyni dövrünə nisbətən pensiya alanların sayında 43,3 min nəfər, son 3 il 6 ayda pensiya alanların sayında isə 104,3 min nəfər azalma qeydə alınıb”.

Xəbər 3798 dəfə oxunub.




17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +