TRIPP üzrə razılaşmaların icrasına başlanılıb
Azərbaycan Gürcüstandan niyə geri qalır?
Bu iş üçün 100 min manat ayırmışıq? - Nazir
Axtarışda olan şəxs Azərbaycana gətirildi
Bakıda taksidən meyit tapıldı
Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO
Daha bir azərbaycanlı müharibədə həlak oldu -FOTO
Prezident fərman imzaladı
Gürcüstan xaricdə səsverməni qadağan edəcək
Ukrayna sülh, Rusiya isə müharibə istəyir- Makron


03.12.2019  09:16 

Hər gün banan yemək üçün 5 səbəb





A+  A-

Banan həm dadlı meyvə, həm də sizin enerji mənbəyinizdir, hansını ki, istədiyiniz vaxt yeyə və ya müxtəlif yeməklərin hazırlanmasında istifadə edə bilərsiniz. Lakin bananı həqiqətən də cəlbedici edən onun sağlamlığa olan faydasıdır.
XəzərNews.az “MedikForum”a istinadən hər gün banan yemək üçün 5 səbəbi təqdim edir:

O, sellülozla zəngindir

Tərkibində çox miqdarda sellüloz olan məhsulları qəbul etmək bağırsağın sağlamlığı üçün vacibdir. Banandakı həll olunan sellüloz uzun müddət toxluq hissi yaradaraq, sağlam çəkini saxlamaqda kömək edir. Bu, sizin gün ərzində yediyiniz yeməyin miqdarını azaldır.

Ürəyin sağlamlığını dəstəkləyir

Tədqiqatlar göstərir ki, qida lifləri ürək xəstəlikləri riskini aşağı salmağa kömək edir. Liflər qanda şəkərin və xolesterinin səviyyəsini aşağı salır.

O, qidalı maddələrlə zəngindir

“Banan foliye turşusu, niatsin, riboflavin, B6 vitamini, kalsium, kalium, dəmir və maqnium kimi zəruri vitamin və minneralların əla mənbəyidir. Bu qida maddələri bədəninizin lazımi qaydada işləməsi üçün onun müxtəlif hissələrinə kömək edir”, - “Food News” nəşri yazır.

Bu, kaliumun ən yaxşı mənbəyidir

Kalium ürək döyüntüsü, qan təzyiqi, əsəb siqnalları və maye balansını tənzimləməyə kömək edən universal mineraldır.

Əhvalı qaldırmağa kömək edir

Bananın tərkibində olan maqnium və B6 vitamini əhvala təsir edən hormonların sintezinə kömək edir.

Xəbər 3761 dəfə oxunub.




17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +