TRIPP üzrə razılaşmaların icrasına başlanılıb
Azərbaycan Gürcüstandan niyə geri qalır?
Bu iş üçün 100 min manat ayırmışıq? - Nazir
Axtarışda olan şəxs Azərbaycana gətirildi
Bakıda taksidən meyit tapıldı
Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO
Daha bir azərbaycanlı müharibədə həlak oldu -FOTO
Prezident fərman imzaladı
Gürcüstan xaricdə səsverməni qadağan edəcək
Ukrayna sülh, Rusiya isə müharibə istəyir- Makron


13.11.2025  16:45 

İcra başçılarının maaşları açıqlandı: Onlar nə qədər maaş alır?





A+  A-

İqtisadçı Natiq Cəfərli icra başçılarının hazırkı maaşları, onlardan tutulan vergilər və sistemin ümumi işləmə mexanizmi ilə bağlı maraqlı məlumatlar paylaşıb.

XəzərNews.az xəbər verir ki, onun sözlərinə görə, icra başçılarının maaşları inzibati-ərazi vahidlərinin ölçüsünə görə dəyişir:

• Bakı şəhər İcra Hakimiyyəti: 7650 manat
• Gəncə və Sumqayıt: 5625 manat
• Əhalisi 100 mindən çox olan rayonlar: 4587,5 manat
• 50–100 min əhalisi olan rayonlar: 4225 manat
• 50 minə qədər əhalisi olan rayonlar: 3837,5 manat

N.Cəfərli qeyd edib ki, bu məbləğlərdən əlavə olaraq 25% gəlir vergisi, 3% DSMF, 2% icbari tibbi sığorta, 0,5% işsizlik sığortası və YAP üzvlük haqqı çıxılır.

İqtisadçı qeyd edib ki, 2022-ci ilin 1 martından sonra icra başçılarının maaşlarına 1,5 misli əlavə tətbiq olunub.

O, nümunə olaraq Xızı rayonunu göstərir: “Rayonun icra başçısı 2012-2022-ci illərdə bütün tutulmalar çıxıldıqdan sonra ayda təxminən 1700 manat, 2022-dən sonra isə 3000 manat civarında gəlir əldə edib”.

N.Cəfərlinin fikrincə, bir məmur bu maaşla necə yaşayır, sürdüyü maşın və yaşadığı ev bu gəlirlə uyğun gəlirmi?

İqtisadçı bildirir ki, məsələ təkcə bir rayon və ya bir məmurla bağlı deyil, bütün sistem struktur olaraq köhnəlib. Onun fikrincə, problem şəxslərdə deyil, institutun özündədir:

“İcra başçıları institutu artıq effekt vermir. Yerli özünüidarə gücləndirilməli, seçilmiş bələdiyyə sədrlərinin səlahiyyəti və məsuliyyəti artırılmalıdır ki, vətəndaş qarşısında hesabatlı olsunlar”.



Xəbər 1377 dəfə oxunub.




17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +