Restoranın 4 ofisiantını elektrik öldürdü
Nazir islahat təklifləri ilə bağlı açıqlama verib
17 yaşlı qızı 36 yaşlı kişiyə ərə verirlər?
“Bank Respublika”da nə baş verir?
Sabah 16-20 dərəcə isti olacaq
Ədliyyə orqanları işçiləri təltif edildi - Sərəncam
Gəncə və Göygöldə saxta araqlar aşkarlandı – REYD
Ət bazarında böhran niyə dərinləşir?
Azərbaycanla əməkdaşlıq İrana lazımdırmı?!
Kürəkənimin sevgilisi qızımı söyürdü...


20.11.2025  13:17 

Aİ Trampın “bədnam sülh planına” qarşı çıxdı





A+  A-

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ-ın hazırladığı və Donald Trampın dəstəklədiyi “sülh planı”na sərt reaksiya verib.

XəzərNews.az xəbər verir ki, o bildirib ki, Ukrayna böhranının həlli ilə bağlı istənilən təşəbbüs tərəflərin geniş dəstəyinə əsaslanmalıdır.

Kallas vurğulayıb ki, planın işləməsi üçün həm ukraynalıların, həm də avropalıların ona arxa çıxması vacibdir: “İstənilən razılaşmanın uğurlu olması üçün ukraynalıların və avropalıların dəstəyi lazımdır. Münaqişədə bir aqressor və bir qurban var. Rusiyanın geri çəkilməyə hazır olduğuna dair heç bir əlamət yoxdur”.

Onun sözlərinə görə, Moskva doğrudan da sülh istəyirsə, bunu çoxdan nümayiş etdirməli idi: “Əgər Rusiya həqiqətən sülh istəyirdisə, şərtsiz atəşkəsə çoxdan razılıq verə bilərdi. Amma bu gecə də mülki əhali bombalanır”.

Kallas əlavə edib ki, Avropa İttifaqı ABŞ-ın hazırladığı planın müzakirəsinə cəlb edilməyib: “Avropa İttifaqı ABŞ-ın hazırladığı plana cəlb edilməyib”.

Xəbər 635 dəfə oxunub.




21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +