Ərəblər Biləsuvarda “Qırmızı Kitab”a düşən quşları OVLAYIBLAR?
“Oleq Bakinski“ nədə ittiham olunur?
Azərbaycanda referendum keçiriləcəyi təsdiqlənir
Həkimlər etiraza qalxdı: “Biz qatil deyilik…”
Hökumənin həyat yoldaşı kompensasiyadan imtina edib?
“TələbəPlus” kartları zərərli vərdişləri TƏŞVİQ EDİR?
Ləman Əliyevanın həyat yoldaşı da işdən çıxıb
Azərbaycanlı yeniyetmə niyə İNTİHAR EDİB?
Evlənmək istəyənlərin NƏZƏRİNƏ!
Ceyran ovlayan şəxs nazirliyin işçisi olub?


24.01.2025  17:17 

Evlənmək istəyənlərin NƏZƏRİNƏ!





A+  A-

“Ailə qurmağa hazırlaşan insanlar daha çox maddi hazırlıq üzərində dayanır, lakin psixoloji hazırlıq aspektinə kifayət qədər önəm vermirlər. Halbuki ailə münasibətlərinin keyfiyyətini formalaşdıran əsas amillərdən biri məhz psixoloji hazırlıqdır. Gəncləri ailə həyatına hazırlayarkən diqqətimizi bir çox hallarda ikinci dərəcəli məsələlərə yönəldirik: cehiz hazırlığı, toy təşkilatçılığı və digər maddi məsələlərə. Bu yanaşma yanlışdır”.

Bu sözləri psixoloq Kənan Rəhimov “Yeni Sabah”a açıqlamasında qeyd edib. O, evlilik yolunda olan cütlüklərin nikahdan əvvəl vacib bir nüansı gözardı etdiklərini əsaslı şəkildə izah edib:

“Boşanmaların qarşısını almaq üçün ailə və nikah prosesləri ilə bağlı orta məktəblərdə maarifləndirici tədbirlər həyata keçirmək lazımdır. Hazırkı maarifləndirmənin nəticələri çox aşağıdır. Bu cür tədbirlər peşəkar şəxslər tərəfindən həyata keçirilməli və say artırılmalıdır. Məsələ barədə gənclərin psixoloji, mənəvi hazırlığı aparılmalıdır. Digər tərəfdən, vətəndaşlar nikahın hüquqi tərəfləri ilə tanış olmalıdır. Başa düşmək lazımdır ki, evlilik müqaviləsi ilə tənzimlənir və dövlət qeydiyyatına düşür və eyni zamanda hüquqi öhdəlik yaradır. Bu səbəbdən insan şüurlu şəkildə qərar verib öhdəliyi daşıyıb-daşıya bilməyəcəyi barədə ətraflı düşünməlidir. Sadəcə adətdir deyə ailə qurub evlənməli olduğunu düşünən insanlar təfəkkür baxımından yetkin şəxsiyyət kimi bu məsuliyyəti daşımağa hazır olmayan şəxslərdir.

Psixoloji "check-up"lar insan hüquqlarını məhdudlaşdırmır. Sadəcə insanlara bu mərhələni necə keçməli olduğunu izah edir. Evlilik yoluna addım atan insanlar üçün ailə terapiyasında iştirak etmək mütləq tələb olsaydı, bu hüquqa zidd bir proses hesab olunmazdı. Evlilik üçün insanlar maddi hazırlıq aparır, lakin bunun psixoloji tərəfini düşünüb bu cəhətdən hazırlıq görmürlər. Ailə həyatının, münasibətinin keyfiyyətini formalaşdıran məhz psixoloji hazırlıq prosesidir. Gəncləri ailə həyatına hazırlayan zaman ilk başda o qədər də vacib olmayan prosesləri həyata keçiririk: cehiz hazırlığı, toy hazırlığı, təşkilati hazırlıq və s. Tərəflərin şəxsi qərarlarının ailə münasibətlərində problem yaratdığı, bir-birinə dözüm göstərmədiyi və münaqişələrin şiddətlənərək psixoloji və fiziki zorakılığa səbəb olduğu hallarda cütlüklər boşanma həddinə çatanda psixoloqa müraciət edirlər. Halbuki bu prosesə əvvəlcədən psixoloji hazırlıq daxil edilsə, bu cür problemlərin əksəriyyəti qarşısı alına bilər. Tərəflərin psixoloqa dedikləri sözlərin məğzi tam olaraq belədir: biz artıq bir-birimizə dözə bilmirik, münaqişə o dərəcəyə gəlib çatıb ki, çıxış yolu boşanmaqdır, bunu da etmək istəmirik ki, övladlarımız natamam ailədə böyüməsin”.

Ekspert vurğulayıb ki, boşanmaq üçün müraciət edən şəxslər icbari şəkildə 3 ay ərzində həftədə bir dəfə olmaqla şərtilə ailə terapiyasına qatılmalıdırlar:

“Bu sayədə boşanmağa gətirib çıxaran səbəblər müzakirə edilməlidir. Qərarları dəyişməsə də, bu prosesə şüurlu və məntiqli bir formada münaqişəsiz yanaşmaları mümkün ola bilər. Bu alınsa, məhkəmədə məişət və mülkə görə yaranan davaların da sayı azalar.

İdeal cəmiyyət və münasibətləri formalaşdırmaq üçün nikah qeydiyyatına düşməzdən əvvəl 3 ay ərzində psixoloji hazırlıq prosesi keçirilməlidir. Bundan sonra evlilik üçün addım atmaq doğru qərar ola bilər. Təbii ki, hazırlıq keyfiyyətli keçməsə də, həmin cütlüklərin ailə qurmaq ixtiyarı var. Həmin 3 ayın yekununda mütəxəssislər cütlüklərə sadəcə tövsiyə verə bilər ki, aşkarlanan psixoloji komplekslər münasibətə hansı qaydada təsir göstərəcəkdir. Bütün bunların fonunda artıq cütlüklər maarifləndirilmiş olurlar”.

Xəbər 669 dəfə oxunub.




24.01.2025  19:05 

Vəfanın evindən oğurluq EDİLİB

24.01.2025  15:19 

Ukrayna Ryazanı alova bürüdü

24.01.2025  15:15 

Məşhur jurnalist vəfat ETDİ

24.01.2025  14:46 

Pezeşkian azərbaycanca danışdı


BÜTÜN XƏBƏRLƏR +