Ərəblər Biləsuvarda “Qırmızı Kitab”a düşən quşları OVLAYIBLAR?
“Oleq Bakinski“ nədə ittiham olunur?
Azərbaycanda referendum keçiriləcəyi təsdiqlənir
Həkimlər etiraza qalxdı: “Biz qatil deyilik…”
Hökumənin həyat yoldaşı kompensasiyadan imtina edib?
“TələbəPlus” kartları zərərli vərdişləri TƏŞVİQ EDİR?
Ləman Əliyevanın həyat yoldaşı da işdən çıxıb
Azərbaycanlı yeniyetmə niyə İNTİHAR EDİB?
Evlənmək istəyənlərin NƏZƏRİNƏ!
Ceyran ovlayan şəxs nazirliyin işçisi olub?


24.01.2025  16:23 

Büdcədən artıq vəsait alaraq banka depozitə qoydu





A+  A-

Hesablama Palatası Dövlət Ehtiyatları Agentliyində həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar edib.

XəzərNews.az Palataya istinadən xəbər verir ki, audit nəticəsində müəyyən edilib ki, dövlәt büdcәsi vәsaitlәrinә illik tәlәbatın düzgün müәyyәn edilməməsi ilə 2022-ci ildә 45 milyon manat, 2023-cü ildә 127 milyon 516,3 min manat vәsait müxtәlif şәrtlәrlә banklarda depozit kimi yerlәşdirilib, depozitdәn qayıtmış vәsaitlәr çıxılmaqla depozitin qalığı 2023-cü ilin sonuna 44 milyon 516,3 min manat olub.

Bundan başqa, müvafiq hüquqi aktla dövlәt büdcәsinin әsaslı vәsait qoyuluşu üçün nәzәrdә tutulmuş maliyyә resurslarından 2 әdәd lokomativin alınması tәyinatı üzrә ayrılmış 1 milyon manat vәsaitin hesabına ümumilikdә 822,2 min manat xәrclәnәrәk lokomotivlərin alınmasından sonra qalan 177,8 min manat tәyinatı bәlli vәsaitin auditin keçirildiyi müddәtin sonuna qədər Agentliyin bank hesabında saxlanılıb vә büdcәyә qaytarılmayıb.

Aidiyyәti hüquqi aktın tәlәblәri pozularaq icarәdәn әldә edilmiş 164,6 min manat mәblәğindә vәsaitin 50 %-i (yәni, 82,3 min manatı) büdcәyә köçürülmәyib, eyni zamanda kәnar hüquqi şәxslәrin istifadәsinә verilmiş sahәlәrә görә әmlak vә torpaq vergisinin dövlәt büdcәsinә hesablanması vә ödәnilmәsi tәmin edilmәyib.

Palata müәyyәn olunmuş nöqsan vә çatışmazlıqların aradan qaldırılması ilә bağlı tәdbirlәr görülməsi, qanunvericiliklә müәyyәn edilmiş qaydada mәlumat verilmәsi mәqsәdilә müvafiq Kollegiya Qәrarının vә Auditor hesabatının surәtinin Agentliyə göndәrilmәsini, audit nәticәlәri üzrә aşkar edilmiş aidiyyәti nöqsanlarla әlaqәdar qanunvericiliklә müәyyәn edilmiş sәlahiyyәtlәr çәrçivәsindә zәruri tәdbirlәr görülməsi üçün Maliyyә Nazirliyinә, İqtisadiyyat Nazirliyi yanında Әmlak Mәsәlәlәri Dövlәt Xidmәtinә vә Dövlәt Vergi Xidmәtinә müvafiq mәktublar göndәrilmәsini, auditin müvafiq nәticәlәri ilә әlaqәdar Nazirlәr Kabinetinә mәlumat tәqdim edilmәsini “Hesablama Palatası haqqında” qanuna uyğun olaraq Milli Mәclisә auditin nәticәlәri barәdә mәlumat verilmәsini təklif edib.

Xəbər 148 dəfə oxunub.




24.01.2025  19:05 

Vəfanın evindən oğurluq EDİLİB

24.01.2025  15:19 

Ukrayna Ryazanı alova bürüdü

24.01.2025  15:15 

Məşhur jurnalist vəfat ETDİ

24.01.2025  14:46 

Pezeşkian azərbaycanca danışdı


BÜTÜN XƏBƏRLƏR +