AFFA-nın baş katibi istefa verib?
Bu seçki məntəqələrinin nəticələri LƏVĞ EDİLDİ
Armen Sarkisyan öldü
Aptekdən kimlər pulsuz dərman alacaq?
Bu şəxslərə yaşayış sahələri VERİLƏCƏK
Həbibbəylilərin daha bir “gömrük qaçaqlığı”
2024-cü il üzrə ən fəal İctimai Şura hansıdır?
Deputat TV-ləri tənqid etdi: Əncam çəkilməlidir
“Qırmızı yelkənlər”də partlayış: Sarkisyan ölüb?
Vasif Talıbovdan alınan şirkətlərin külli miqdarda borcları var - SİYAHI


03.02.2025  17:08 

Pezeşkian Azərbaycana gəlir?





A+  A-

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasına səfər edib. Artıq səfər çərçivəsində Hikmət Hacıyev İran Prezidentinin müşaviri Mehdi Sənayi, İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədian, İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Xərrazi, İran xarici işlər naziri Abbas Araqçı və İran Prezidenti Məsud Pezeşkianla görüşüb.

Bu səfər indiki məqamda həm Azərbaycan, həm də İran üçün çox əhəmiyyətlidir. Əvvəllər də dediyim kimi, İran Azərbaycanla münasibətləri qaydaya salmağa çalışır. Tehranın son zamanlar Bakının tələblərini yerinə yetirməsi, hətta bəzi məsələlərdə güzəştə getməsi bunu deməyə əsas verir. Söhbət 2023-cü ildə İran İslam Respublikasında saxlanılmış Fərid Səfərlinin Azərbaycana təhvil verilməsi, 2023-cü il yanvarın 27-də səfirliyimizə hücum edən Yasin Hüseynzadə ilə bağlı məhkəmənin edam hökmünün təsdiqlənməsindən gedir.

H.Hacıyevdən öncə isə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyasının 16-cı iclasında iştirak etmək məqsədilə İrana səfər etmişdi. Bu mənada H. Hacıyevin İrana səfəri diplomatik təmasların davamı mahiyyəti daşıyırdı.

Səfərlə bağlı bir neçə diqqətçəkən məqam var:

Birincisi, Prezidentin köməkçisi Hikmət Hacıyev İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşündə deyib ki, Azərbaycan tərəfdən İrana heç bir təhdid olmayacaq. “Azərbaycan İranla heç bir məhdudiyyət olmadan və qarşılıqlı fayda əsasında mehriban qonşuluq şəraitində siyasi, iqtisadi və mədəni əlaqələri inkişaf etdirməkdə maraqlıdır” – H.Hacıyev qeyd edib.

İndiki məqamda bu açıqlama çox mühümdür. İran hər zaman Azərbaycandan təhlükə gözləyib. Dəyişən geosiyasi vəziyyət isə bu narahatlığı daha da artırıb. Hərçənd rəsmi Bakı cənub qonşusunu narahat edəcək heç bir addım atmayıb. Əksinə bu işdə Ermənistan daha riskli addımlar atır. Misal üçün ABŞ-la imzalanan strateji tərafdaşlıq sazişi və Aİ mülki missiyasının daha iki il Ermənistanda fəaliyyət göstərməsinə kimi razılıqlar Tehranın Bakıdan çox, İrəvandan narahat olmalı olduğunu təsdiqləyir.

İkincisi, H.Hacıyev Mehdi Sənayi və xarici işlər naziri Abbas Araqçı ilə Ağbənd – Naxçıvan və Şimal-Cənub Nəqliyyat dəhlizləri məsələlərini müzakirə edib. Aydın məsələdir ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasını yubadır. Son günlər isə alternativ təkliflər verərək gündəmi və 10 noyabr bəyanatındakı tələbləri dəyişmək istəyir. Bakı bunun fərqindədir və İranla alternativ vasitələri nəzərdən yetirir. Əslində dəhliz açılsa da, Bakı bu məsələdən geri durmayacaq. Çünki alternativin olması gələcəkdə ehtimal gərginliklər fonunda Bakıya manevr imkanı yaradacaq.

Üçüncüsü, Hikmət Hacıyev İran Prezidenti Məsud Pezeşkianla görüşüb və görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını və ölkəmizə səfərə dəvətini çatdırıb.

Pezeşkianın ölkəmizə səfəri indiki məqamda vacibdir. Onun əslən azərbaycanlı olması dərin əməkdaşlığa ümidləri artırır. Düzdür, azərbaycanlı faktoru İran siyasi elitasında xüsusi məna kəsb etməsə də, indiki məqamda Pezeşkianın da Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu deyə bilərik.

Nəticə etibarilə İran-Azərbaycan münasibətlərinin gərginliyi yerini normallaşmaya buraxır. Təbii ki, bunu münasibətlərin birmənalı normallaşması, ya da İranın səmimi yaxınlaşması kimi qəbul etmək də olmaz. Bununla belə, geosiyasi vəziyyət, regional risk faktorları Tehrana ədavəti əməkdaşlıqla əvəz etməyi diktə edir.

Turan Rzayev
Politoloq

Xəbər 134 dəfə oxunub.



03.02.2025  17:08 

Pezeşkian Azərbaycana gəlir?

03.02.2025  17:02 

AFFA-nın baş katibi istefa verib?

03.02.2025  16:48 

Armen Sarkisyan öldü

03.02.2025  16:47 

Nazir qatarda qarət edildi

03.02.2025  15:02 

Belarus hökuməti istefa verdi

03.02.2025  14:59 

Tanınmış alim vəfat edib


BÜTÜN XƏBƏRLƏR +