General ekspertizadan imtina etdi - Həbsdə qaldı
ABŞ Vahid Ələkbərovun oğluna sanksiya tətbiq etdi - Fotolar
Samir Şərifov nazir müavini təyin edilib -YENİLƏNİB
Deputat borcuna görə obyektini təhvil verdi
Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir?
Lütvəli Babayevin oğlu ilə bağlı prosesdə gərginlik - “Gözündən gəlsin“
Soyuq otaqlara icra başçısı üçün qoyulan qızdırıcılar - Foto
Paşinyan Azərbaycanla sülhə dair təkliflərini açıqlayıb
Xaricə xəbər ötürən diplomat həbs edilməyib - Vəkil Adəm Məmmədov açıqladı
Suriyanın yeni lideri tezliklə Türkiyəyə gedəcək


08.07.2020  19:05 

Yasamalda vəzifəli şəxs qəbiristanlıqda həbs edildi





A+  A-

Bakı şəhər Yasamal Bələdiyyəsində vergi agenti vəzifəsində işləyən Zaur Müslümovun qanunsuz hərəkətləri barədə müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Baş Prokurorluqdan XəzərNews.az-a verilən məlumata görə, müraciət əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində, iyulun 3-də Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 1 saylı Dağüstü qəbiristanlıqda Zaur Müslümov qəbir yerinin ayrılması müqabilində vətəndaşdan tələb etdiyi 3000 manat pul vəsaitinin 2300 manatını alarkən cinayət başında yaxalanıb.

İstintaqla Yasamal Bələdiyyəsində vergi agenti vəzifəsində işləyən Zaur Müslümovun öz qulluq mövqeyindən istifadə edib 1 saylı Dağüstü qəbiristanlıqda qəbir yerinin ayrılması adı ilə aldatmaqla vətəndaşı rüşvət qismində verməli olduğuna inandıraraq tələb etdiyi 3000 manat pul vəsaitinin 700 manatını iyul 1-də, qalan 2300 manatını isə iyulun 3-də qəbiristanlığın ərazisində almasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan qanunsuz əməllərə görə Zaur Müslümova Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 29, 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluğa cəhd) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunaraq barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə digər təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri və intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş Prokurorluq bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə və Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi”nə məlumat verilməsini tövsiyə edir.

Xəbər 1650 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.01.2025  14:58 

Aparıcı Zaurun yeni biznesi

10.01.2025  23:51 

Balakəndə intihar hadisəsi olub

10.01.2025  17:31 

Daha bir tiktoker həbs edildi


BÜTÜN XƏBƏRLƏR +