General ekspertizadan imtina etdi - Həbsdə qaldı
ABŞ Vahid Ələkbərovun oğluna sanksiya tətbiq etdi - Fotolar
Samir Şərifov nazir müavini təyin edilib -YENİLƏNİB
Deputat borcuna görə obyektini təhvil verdi
Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir?
Lütvəli Babayevin oğlu ilə bağlı prosesdə gərginlik - “Gözündən gəlsin“
Soyuq otaqlara icra başçısı üçün qoyulan qızdırıcılar - Foto
Paşinyan Azərbaycanla sülhə dair təkliflərini açıqlayıb
Xaricə xəbər ötürən diplomat həbs edilməyib - Vəkil Adəm Məmmədov açıqladı
Suriyanın yeni lideri tezliklə Türkiyəyə gedəcək


19.09.2018  09:36 

Azərbaycandakı cəzaçəkmə müəssisələrindən 17 nəfər qaçıb





A+  A-

2018-ci ilin birinci yarısında axtarışda olan təqsirləndirilən və itkin düşmüş şəxslər barədə statistika açıqlanıb.
XəzərNews.az rəsmi statistik göstəricilərə istinadən xəbər verir ki, 2018-ci ilin birinci yarısınadək axtarışda olan təqsirləndirilən şəxslərin sayı 3 490 nəfərdir. Onlardan 1 882 nəfəri cari ilin birinci yarısında müəyyən edilənlərdir. 2018-ci ilin birinci yarısında axtarışda olanların sayı isə 1 608 nəfər təşkil edib.

Hesabat dövründə cəzaçəkmə müəssisələrindən qaçanların sayı 17 nəfər olub. Bu ilin birinci yarısında qaçdığı müəyyən edilənlər 2 nəfərdir. Cəzaçəkmə müəssiələrindən qaçan və 2018-ci ilin birinci yarısında hələ də axtarışda olanların sayı 15 nəfərdir. Cari ilin birinci yarısında cəza çəkməkdən boyun qaçıranların sayı 21 nəfər təşkil edib.

Rəsmi məlumatlara görə, axtarışda olan təqsirləndirilən şəxslərin ümumi sayından 14-17 yaşda olan uşaqlar cəmi 35 nəfərdir.

Törədilmiş cinayət növləri üzrə axtarışda olan şəxslərdən 35 nəfəri dövlət hakimiyyəti əleyhinə olan cinayətlər, 41 nəfəri banditizim, 88 nəfəri qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 7 nəfəri zorlama, 477 nəfəri oğurluq, 36 nəfəri soyğunçuluq, 51 nəfəri quldurluq, 965 nəfəri dələduzluq, 79 nəfəri mənimsəmə və israfetmə, 193 nəfəri xuliqanlıq, 21 nəfəri hərbi xidmətdən boyun qaçırma, 106 nəfəri hərbi xidmət əleyhinə olan cinayətlər, o cümlədən 57 nəfəri fərariliklə, 1391-i isə digər cinayətlərlə bağlı təqsirləndirilir.

Hesabat dövründə dövlət orqanlarından gizlənən aliment vermə işləri üzrə borclu və cavabdeh şəxslərin sayı 6 413 nəfər təşkil edib.

İndiyədək itkin düşümüş şəxslərin sayı 619 nəfərdir ki, onlardan 83 nəfəri 18 yaşadək uşaqlardır.

Xəbər 1618 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.01.2025  14:58 

Aparıcı Zaurun yeni biznesi

10.01.2025  23:51 

Balakəndə intihar hadisəsi olub

10.01.2025  17:31 

Daha bir tiktoker həbs edildi


BÜTÜN XƏBƏRLƏR +