Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?


12.03.2025  13:20 

Türkiyə Suriyada işi bitirdi: Yaxın Şərq Ankaranın nəzarətinə keçir





A+  A-

D.Tramp: ”Suriyanın açarı Türkiyənin əlindədir”

Suriya hökuməti ilə YPG terror qruplaşması arasında razılıq sənədi imzalanıb. Sənədə YPG rəhbəri Mazlum Abdi Şahin və Suriya Prezidenti əş-Şaraa imza atıb.

Ən maraqlısı budur ki, bizim siyasi analitiklərin bəzisi iddia edir ki, bu anlaşma YPG-yə Suriyada muxtar qurum yaratmaq imkanı tanıyır. Bu iddia hansı arqumentlərə söykənir? Bəlli deyil.

Türkiyənin məsələyə rəsmi münasibəti isə belədir: Bu sənəd iyi sənəd deyil. Xariqə bir sənəddir. Türkiyə bu sənəddən son dərəcə məmnundur. Hətta bəziləri iddia edir ki, bu sənəd məhz Ankarada yazılıb.

Gördüyünz kimi ortada kəskin fərq var.

Türkiyə Suriyada işi bitirib. Suriyada YPG-yə dəstək verən əsas ölkə ABŞ idi. Hə, İsrail də var, İran da, Rusiya da...var. Ancaq ABŞ yoxdursa, qalanı boş şeydir.

Türkiyə apardığı rasional siyasətin hesabına böyük işlər görür. Hazırkı Suriya rejiminə də ağıllı şəkildə proqressiv yön verir. Bu da Suriyada tərəflərin ümumi məxrəcə gəlməsinə şərait yaradır. Suriyada vəziyyət o ki, xarici müdaxilə yoxdursa və ya zəifdirsə, tərəflərin anlaşması qaçılmazdır. Türkiyə dövlət ağlı ilə Suriyada incə cərrahiyyə əməliyyatı aparır. Peşəkar səviyyədə iş görür.

Bir daha deyirəm: Suriyaya nəzarət edən Yaxın Şərqə nəzarət edir. Deməli, hazırda Yaxın Şərqə Türkiyə nəzarət edir. Və bu nəzarət getdikcə güclənəcək. Onu da qeyd edim ki, Türkiyə eyni vaxtda həm də Afrika, Avropa İttifaqı və Türkistanda öz mövqelərini möhkəmləndirir.

Bütün bunlar mənim şəxsi fikrimdir. Bəs, dünya mətbuatında bu məsələ neçə şərh olunur.

Londona bağlı “Middle East Eye” yazır: “Razılaşmaya əsasən Suriyanın şimal-şərqindəki bütün mülki və hərbi qurumlar, o cümlədən sərhəd keçid məntəqələri, hava limanı və neft-qaz yataqları Suriya dövlətinin idarəçiliyinə inteqrasiya olunacaq”.

Sayt xatırladır ki, PKK lideri Abdullah Öcalan PKK-nı tərksilah olmağa və silahlı mübarizəni dayandırmağa çağırış edib. Rəsmi Ankara YPG-yə PKK-nın Suriyadakı uzantısı kimi baxır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan keçən ilin sonunda demişdi ki, YPG bütün PKK döyüşçülərini Suriyadan çıxarmalı və Ankara ilə sülh yolu ilə həllə nail olmaq üçün Suriyanın mərkəzi hökumətinə qoşulmalıdır.

“Middle East Eye” Türkiyə hökumətinə yaxın mənbələrə istinadən bildirib ki, razılaşma Suriyanın şimal-şərqində hər hansı muxtariyyət və ya federal kürd dövlətini nəzərdə tutmadığı üçün rəsmi Ankara tərəfindən müsbət qarşılanıb. O da birmənalıdır ki, 60 min döyüşçüsü olan YPG vahid Suriya ordusuna inteqrasiya olacaq, müstəqil ordu vahidi kimi çıxış etməyəcək. Bu, son dərəcə önəmli məqamdır.

Siyasi eksperti Ömər Özkızıkçı deyir ki, bu anlaşma ilə Suriyada kürdlərə bağlı muxtar idarəetmə layihəsi aradan qaldırıldı. Bu isə Türkiyə üçün son dərəcə həssas məsələ idi.

Şübhəsiz ki, bu anlaşma Amerikanın iştirakı olmadan ortaya çıxa bilməzdi. Sirr deyil ki, YPG ABŞ-ın dəstəyi ilə ayaqda qalır. Bəs, Amerika bu anlaşmada hansı mövqedən çıxış edib? “Middle East Eye” bu önəmli suala da cavab verməyə çalışır. Sayt bildirir ki, YPG-ni belə bir müqavilə imzalamağa vadar edən təkcə Öcalanın çağırışı deyil, həm də Amerikanın təzyiqidir. Amerika hökumətinə bağlı mənbələr sayta bildirib ki, Amerika təkid edirdi ki, YPG Türkiyə+yeni Suriya rejimi ilə anlaşsın. Bu da Vaşinqtonun öz hərbi qüvvələrini tezliklə Suriyadan çıxaracağına işarə sayıla bilər.

İsrailli analitik Gallia Lindenstrauss isə anlaşmanı belə dəyərləndirir: “Müqavilə qüvvəyə minərsə, bu, Türkiyəni Suriyadakı hadisələrə nəzarət etmək üçün daha güclü mövqeyə çıxaracaq”.

Saytın əldə etdiyi məlumatlara görə, Tramp administrasiyası Suriyanın yeni hökuməti ilə biznes sövdələşmələri, o cümlədən ölkənin şimal-şərqindəki neft ehtiyatlarına çıxış əldə etməkdə maraqlıdır.

Rəsmi şəxslər onu da bildirib ki, ABŞ prezidenti Donald Tramp prezident Rəcəb Tayyib Ərdoğanla yaxşı münasibətlərdə maraqlıdır və bu sövdələşmə bu münasibətlərin dərinləşməsinə hesablanıb.

İsrailin baş naziri Binyamin Netanyahu isə Suriya kürdlərini Türkiyə ilə əməkdaşlıqdan imtina etməyə çağırıb və bu, Ankaranı xüsusilə qəzəbləndirib. Ona görə də müqavilə imzaladıqdan dərhal sonra İsrail döyüş təyyarələri Suriyanın cənubundakı əraziləri bombalayıb.

Amerika mətbuatı (voanews.com) isə yazır ki, Suriya ABŞ-ın iki müttəfiqi - Türkiyə və İsrail arasında gərginləşən rəqabət səhnəsinə dönüb. Təhlilçilər Türkiyənin Suriyada artan hərbi və diplomatik təsirindən İsrailin təşvişə düşdüyünü deyir, Ankara isə İsraili Suriyanın yeni rejimini sıradan çıxarmağa cəhd göstərməkdə ittiham edir.

“Reuters” agentliyi isə bildirir ki, Tayyib Ərdoğan xalqa tele-müraciətində əldə olunmuş müraciəti alqışlayıb. Deyib ki, anlaşmanın həyata keçirilməsi Suriyada əmin-amanlığa və stabilliyə ciddi töhfə verəcək.

Onu da xatırladım ki, 2024-cü ilin dekabrın 16-da Donald Tramp bəyan etmişdi ki, Suriyanın gələcəyinin açarı Türkiyənin əlindədir. Bu isə dolayısı ilə o deməkdir ki, Amerika Suriyanı Türkiyəyə həvalə edib.

Onu da deyim ki, Türkiyə bu haqqı qazanmaq üçün düz 14 ildir ki, Bəşər Əsədə qarşı qalxan Suriya xalqının yanında yer alıb. 5 milyona yaxın suriyalıya Türkiyədə sığınacaq verib.

Suriya ilə bağlı başqa bir önəmli məqam. Bəllidir ki, İsrail Suriyadakı azsaylı druzlar üzərindən ölkəni qarışdırmaq istəyir. Ərəb mediası çərşənbə axşamı bildirib ki, Əhməd Əl-Şaraanın rəhbərliyi ilə Dəməşqdəki yeni rejim Suriyanın cənubundakı Cəbəl əl-Druzi bölgəsinin Suveya mərkəzində druzlarla anlaşma əldə edib. Müqaviləyə əsasən bölgədə əksəriyyət təşkil edən druzlar bu ərazisinin dövlət qurumlarına tam inteqrasiyasına razılıq veriblər.

Yerli druz dini rəhbərliyinə yaxın mənbə sövdələşmə barədə deyilənləri təkzib edib. Ancaq onu da vurğulayıb ki, druz icması yeni rejimlə danışıqlara getməyə hazırdır. Bu arada isə Səudiyyə “Al Arabiya” televiziyası başqa bir mənbəyə istinadən müqavilənin “demək olar ki, hazır olduğunu” bildirib.

Məntiq də onu deyir ki, 60 min silahlı əsgəri olan YPG Suriya rejimi ilə anlaşma imzaladısa, yerdə qalan kiçik qrupların bunu etməməsi sadəcə mümkün deyil. Heç şübhəsiz ki, Suriyanın yeni rejimi yerli əhalinin 10 faizini təşkil edən ələvilərlə də oxşar anlaşma imzalayacaq.

Elbəyi Həsənli
Sürix


Xəbər 228 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +