General ekspertizadan imtina etdi - Həbsdə qaldı
ABŞ Vahid Ələkbərovun oğluna sanksiya tətbiq etdi - Fotolar
Samir Şərifov nazir müavini təyin edilib -YENİLƏNİB
Deputat borcuna görə obyektini təhvil verdi
Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir?
Lütvəli Babayevin oğlu ilə bağlı prosesdə gərginlik - “Gözündən gəlsin“
Soyuq otaqlara icra başçısı üçün qoyulan qızdırıcılar - Foto
Paşinyan Azərbaycanla sülhə dair təkliflərini açıqlayıb
Xaricə xəbər ötürən diplomat həbs edilməyib - Vəkil Adəm Məmmədov açıqladı
Suriyanın yeni lideri tezliklə Türkiyəyə gedəcək


18.12.2024  17:20 

Macarıstanla Azərbaycan bütün səviyyələrdə bir-birini dəstəkləyir -SƏFİR





A+  A-

Macarıstanın ölkəmizdəki Səfirliyinin təşkilatçılığı ilə Macarıstan Respublikasının Avropa İttifaqına ikinci sədrliyinin başa çatması ilə əlaqədar olaraq tədbir keçirildi

Xəzərnews.az xəbər verir ki, tədbirdə çıxış edən Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojef Torma ölkəsinin ittifaqa sədrliyi dövründə gördüyü işlərdən danışıb. Səfir qeyd edib ki, hazırda başa vurduqları proses Macarıstanın Avropa İttifaqına ikinci sədrliyi idi.

“Macarıstan artıq 20 ildir Avropa İttifaqının tamhüquqlu üzvüdür. Amma təəssüf ki, son bir il münaqişələr, bloklara bölünmələrlə müşahidə olundu. Buna baxmayaraq bizim məqsədimiz sülhə nail olmaq və Avropada sülhü təbliğ etmək olub” deyən cənab Tamaş Yojef Torma xatırladıb ki, elə Baş nazir Viktor Orban da qitədə sülh və sabitliyi möhkəmləndirməyə çalışıb.

“Ümumiyyətlə, Macarıstanın iki əsas məqsədi olub ki, bunlardan ən vacibi sülh və sabitliyə nail olmaq idi. Ölkəmiz bütün problemlərə baxmayaraq, məhz bu məqsədləri həyata keçirməyə səy göstərib”, - deyib macar diplomat. Səfir Tamaş Yojef Torma ölkəsinin Azərbaycanla münasibətlərindən də söz açıb. Bildirib ki, Azərbaycan Macarıstanın yaxın dostudur və etibarlı iqtisadi tərəfdaşıdır, hər iki ölkə bütün səviyyələrdə bir-birini dəstəkləyir.

“Düşünürəm ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafına Macarıstanın sədrliyi öz töhfəsini verib. Baş nazir Viktor Orban iki dəfə Azərbaycana səfər edib.

Bunlardan biri Türk Dövlətlərinin Şuşaşada keçirilən Zirvə görüşündə, ikincisi isə COP29-da iştirak məqəsdi daşıyırdı. Yeri gəlmişkən, COP29 çox möhtəşəm tədbir idi və Azərbaycanın sədrliyi ilə uğurla təşkil edildi” deyən diplomat əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əmin olduğunu bildirib.

Tədbir daha sonra rəsm sərgisi ilə tanışlıq və ziyafətlə davam edib.





Nuray
XəzərNews.az


Xəbər 1819 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.01.2025  14:58 

Aparıcı Zaurun yeni biznesi

10.01.2025  23:51 

Balakəndə intihar hadisəsi olub

10.01.2025  17:31 

Daha bir tiktoker həbs edildi


BÜTÜN XƏBƏRLƏR +