10.03.2025 14:00
III Çarlz Kanadanı müdafiə edəckmi?
"Kanada heç vaxt (Amerikanın ) 51-ci ştatı olmayacaq. Nöqtə. Biz böyük və müstəqil ölkəyik”. Kanadanın istefa vermiş Baş naziri Justin Trudeaunun yerinə keçəcəyi gözlənilən xanım Chrystia Alexandra Freeland D.Trampın “Kanada ABŞ-ın 51-ci ştatı olmalıdır” iddiasına cavab olaraq belə deyib.
2019-2024-çü illərdə Baş nazirin müavini olan xanım Freeland bildirib ki, Kanada nüvə ölkəsi olan Böyük Britaniya və Fransanın dəstəyi ilə özünü Amerikadan qorumalıdır. O, təklifini belə əsaslandılrıb: “Çünki onların nüvə arsenalları "Birləşmiş Ştatların təhlükə yarada biləcəyi bir vaxtda" Kanadaya kömək edə bilər".
Gələcək Baş nazir bu barədə “The Telegraph” qəzetinə deyib: “ D.Tramp Vladimir Putinin Ukraynanın sərhədlərini dəyişdirmək cəhdini dəstəkləyir, çünki Tramp bizim sərhədlərimizi də yenidən cızmaq istəyir”.
Kanada ümid edir ki, bu ölkənin də dövlət başçısı sayılan Britaniya kralı III Çarlz Trampın Kanadanın ilhaqı ilə bağlı bəyanatlarını pisləyəcək. elə bu ümidlə də Trudeau bugünlərdə monarxın kral iqamətgahı Sandringhamda, Norfolkda, İngiltərənin şərqində kralla görüşüb.
Xatırladım ki, Kanada Millətlər Birliyinə (ing. Commonwealth of Nations) üzv olan 56 ölkədən biridir. Britaniya kralı III Çarlz həm də bu sırada yer alan Kanadanın rəhbəri sayılır. Elə ABŞ-ın özü də bir ingilis ölkəsidir. Düzdür, onlar bu birliyə daxil deyillər. Bir vaxtlar ABŞ da bu birliyə daxil olmağa maraq göstərib, ancaq sonda fikrindən vaz keçib...
Gördüyünz kimi, kollektiv Qərb dediyimiz dövlətlər birliyində ciddi parçalanma müşahidə olunur. Düşünün ki, Kanada Britaniya və Fransadan almaq istədiyi nüvə silahlarının hesabına ABŞ-la hərbi qarşıdurmaya hazırlaşır.
Kanada nədən Fransanı da özünə müttəfiq kimi görür? Çünki Kanadanın Kvebek əyalətində fransızdilli əhali yaşayır. 41 milyon əhalisi olan Kanadada 9 milyon nəfər fransızca danışır. Fransız dili ingilis dili ilə yanaşı Kanadanın dövlət dilidir.
Tarixdən məlumdur ki, 1967-ci ildə Fransanın 18-ci prezidenti Şarl de Qoll (Charles de Gaulle 1959-1969) Kvebekdə 100 min nəfərin qarşısında “Yaşasın azad Kvebek” şüarı səsləndirdi. Beləliklə də bu əyalətin Kanadadan ayrılmasına və Fransaya birləşməsinə dolayısı ilə çağırış etdi. Düzdür, bu çağırış Fransaya çox baha başa gəldi. Ancaq ABŞ Kanadanı ələ keçirmək istəsə, Kvebek yenidən separatçıların məkanına dönəcək. Bəribaşdan bəllidir ki, farnsızdillilər ABŞ-la birlikdə yaşamaq istəməyəcək. Bu da əlavə problemlərə yol aça bilər...
O da aydındır ki, Böyük Britaniyanın adındakı "böyük" sözü gəlişi gözəl söz deyil. Britaniya həqiqətən də böyük bir dünya gücüdür.
Hazırda Britaniya da çıxılmaz vəziyyətə düşüb. Ancaq bu, bir ilk deyil. II Dünya müharibəsi zamanı da belə bir şey yaşanmışdı. O vaxt ABŞ və Rusiya arasında sandviç kimi sıxılan Böyük Britaniyanın 2 dəfə Baş naziri seçilmiş siyasi nəhəngi ser Vinston Leonard Spenser Çörçill etiraf etmişdi ki, Britaniya “bir tərəfdə böyük rus ayısı ilə digər tərəfdən isə “böyük Amerika öküzü (söhbət vəhşi öküzdən gedir)” arasında qalan “zavallı ingilis eşşəyi”nə bənzəyir. Ancaq yalnız kiçik Britaniya çətin vəziyyətdən çıxmağın doğru yolunu bilir...
Mən əminəm ki, Böyük Britaniya bu dəfə də xaosa sürüklənən dünyanın hüzura qovuşmasını təmin edə bilər. Xatırladım ki, Britaniya dünyada ən böyük imperiyanı yaradan ölkədir. Əsirlərə söykənən beynəlxalq miqyaslı siyasi təcrübəsi var. Ona görə də Britaniya heç bir halda Amerika ilə Kanada arasında hər hansı hərbi qarşıdurmanın baş verməsinə imkan verməz. ABŞ-ın, eləcə də Kanadanın daxilində buna qarşı çıxacaq on milyonlarla insan var. O insan selinin qarşısında D.Tramp və onun əhli-kef administrasiyası duruş gətirə bilməz.
Elbəyi Həsənli
Sürix
Xəbər 96 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|