“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?
Almaniyanın keçmiş prezidenti öldü


17.01.2025  11:02 

Ələkbərovun oğlu futbol klubundan da getdi





A+  A-

Rusiyanın "Lukoil” neft şirkətinin qurucusu Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov "Spartak” futbol klubunun Direktorlar Şurasını tərk etmək qərarına gəlib.
Bu barədə "RBC Sport” məlumat yayıb.

Bildirilir ki, bu qərar ABŞ Maliyyə Nazirliyi tərəfindən ona qarşı tətbiq edilən sanksiyalardan sonra klubu risk altına qoymamaq istəyi ilə bağlıdır.

Xatırladaq ki, ABŞ yanvarın 10-da Y.Ələkbərova qarşı yeni sanksiyalar tətbiq edib.

Neft şirkəti klubun sahibi və baş sponsorudur.

Y.Ələkbərov 2021-ci ildə klubun Direktorlar Şurasına daxil olub. Onun klubdakı fəaliyyəti haqqında açıq mənbələrdə az məlumat var. ABŞ Maliyyə Nazirliyinin məlumatında o, "WellTech” neft xidməti şirkətinin (o da sanksiyalara məruz qalıb) qurucusu və sahibi kimi göstərilib.

Y.Ələkbərov 10-dan çox şirkətin həmsahibidir və 2021-ci ildə "Lukoil”un səhmlərinin 0.2%-nə malik olub./Qafqazinfo

Xəbər 2068 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +