Cüdoçumuz Parisdə qızıl medal qazandı
“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?


01.02.2025  15:09 

İrəvanda oxunan “Qarabağ“ mahnısına görə cinayət işi açıldı





A+  A-

Ermənistan Milli Təhlükəsizlik Xidməti Müstəqil Strateji Araşdırmalar Mərkəzinin rəhbərinə qarşı cinayət işi açıb.

Xəzərnews.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, mərkəz rəhbəri Ermənistan paytaxtının tam mərkəzində bir qrup şəxsin Azərbaycan dilində "Qarabağ" mahnısını oxuduğu rezonans doğuran videonu ilk paylaşanlardan biri olub.

Görüntülər yanvarın 30-da sosial şəbəkələrdə peyda olub və sürətlə internetdə yayılaraq istifadəçilərin reaksiyasına səbəb olub.

Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən müəyyən edilib ki, videoda əks olunan şəxslər İran vətəndaşlarıdır. Onlar dekabrın 30-dan yanvarın 3-dək turist qismində Ermənistanda olublar. Erməni təhlükəsizlik qüvvələri onların adlarını açıqlayıb:

Milad Kaqramaniafşar, Behzad Qafari Şabanlou, Mehdi Mohammadi, Hamed Azizi Maleki və Nader Qafari.

Eyni zamanda, qurumdan qeyd edilib ki, Ermənistanda Azərbaycan dilində mahnı oxumaq qadağan olunmayıb. Amma görünənə görə, belə videoların internetdə yayılması qadağandır.

"Biz həqiqətə uyğun olmayan və ya təsdiqlənməmiş məlumat və şərhləri dərc etməkdən çəkinməyə çağırırıq", - deyə xüsusi xidmətdən bildirilib.

Xəbər 1134 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +