İlham Əliyevdən Davos paylaşımı
Diqqət: Bəzi ərazilərdə işıq olmayacaq
Yük avtomobili yandı: 14 ton qida məhv oldu
Türkiyədə matəm elan olundu
Prezident İsrail lideri ilə görüşdü
Meloni yenə diqqət çəkdi
Bu qurumda 400-ə yaxın əməkdaş işdən çıxarılıb?
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Nəzrinin ölümü ilə bağlı cərrah saxlanıldı
Baş həkim niyə İŞDƏN ÇIXARILDI?


17.03.2017  11:44 

DİM sənəd qəbulunun vaxtını uzatdı





A+  A-

“Ali təhsil müəssisələrinə 22 mindən çox abituriyent ərizə verib ki, onlardan 403 nəfəri artıq öz ərizəsini təsdiqləyib”.
XəzərNews.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, magistraturaya sənəd verən 10 650 nəfər, rezidenturaya isə 949 nəfər öz ərizəsini təsdiqləyib: "Statistik göstəriciləri analiz etdikdə belə qənaətə gəldik ki, hələ də ərizə verib təsdiqləməyən insanlar kifayət qədərdir. Məndə olan ilkin məlumata görə, magistraturaya 2 111, rezidentura üzrə isə 900 nəfər şəxs öz ərizəsini təsdiqləməyib. Ona görə də qərara gəlinib ki, hər iki təhsil səviyyəsi üzrə sənəd qəbulunun vaxtı martın 28-i gecə saat 00.00-a qədər uzadılsın”.
M.Abbaszadə əlavə edib ki, Novruz bayramı günlərində də sənəd vermək və təsdiq etmək mümkündür: “Bəzi insanların adları və ya soyadları ilə bağlı müəyyən problemləri olur ki, onlar sənəd qəbulu komissiyalarına müraciət etməlidirlər. Sənəd Qəbulu Komissiyaları bayramlarda işləməyəcək. Lakin bayramdan sonra SQK-ları 2 gün ərzində fəaliyyət göstərəcək və problemləri həll etmək mümkün olacaq. Amma elektron qaydada sənəd qəbulu mümkündür”.
DİM sədri qeyd edib ki, Təhsil Nazirliyi ilə müsabiqə şərtlərini dəqiqləşdirdikdən sonra “Abituriyent” jurnalı işıq üzü görəcək.

Xəbər 2285 dəfə oxunub.




22.01.2025  01:36 

Türkiyədə güclü zəlzələ oldu

21.01.2025  20:05 

Türkiyədə matəm elan olundu

21.01.2025  18:08 

Meloni yenə diqqət çəkdi

21.01.2025  15:15 

Hərbçimiz vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +