İlham Əliyevdən Davos paylaşımı
Diqqət: Bəzi ərazilərdə işıq olmayacaq
Yük avtomobili yandı: 14 ton qida məhv oldu
Türkiyədə matəm elan olundu
Prezident İsrail lideri ilə görüşdü
Meloni yenə diqqət çəkdi
Bu qurumda 400-ə yaxın əməkdaş işdən çıxarılıb?
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Nəzrinin ölümü ilə bağlı cərrah saxlanıldı
Baş həkim niyə İŞDƏN ÇIXARILDI?


16.02.2017  16:37 

2 ilə evlər həddən artıq ucuzlaşacaq - “100 minə aldığı evi 1 milyona satmaq istəyir, bu da...”





A+  A-


Daşınmaz əmlak bazarında qiymətlərin kəskin düşməsi qaçılmazdır.

XəzərNews.az bildirir ki, bunu BakiPost.az-a açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov deyib.

Onun sözlərinə görə, uzağı 2 ilə bu proses baş verəcək: "Çünki daşınmaz əmlakın qiyməti bizdə çox şişirdilmişdi. Son 15 ildə qiymət azı 10 dəfə artıb. Səbəb də neft gəlirləri hesabına dollar kütləsinin ölkədə artmasıdır. Pul çox olanda qiymət də artır. Amma bu, süni qiymət artımıdır. İndi isə əks proses gedir. Dollar kütləsi azala-azala gedir, çünki valyuta gəlirlərimiz azalır və azalacaq da”.

Əkrəm Həsənov bildirib ki, əslində ölkəmizdə real bazar iqtisadiyyatı olsaydı, daşınmaz əmlak bazarı çökərdi: "Sadəcə bir tərəfdən, dövlətin müəyyən dəstəyi, digər tərəfdən isə insanlarımızın psixoloji baryerləri aşa bilməməsi prosesi ləngidir. Məsələn, yanıma adam gəlir və deyir ki, müəllim, 300 000 kreditim var, təminat kimi daşınmaz əmlakımı girov qoymuşam. Soruşuram ki, qiyməti nə qədərdir? Deyir 1 mln. Deyirəm, sat, borcunu qaytar, canın qurtarsın da. Deyir ki, axı indi camaatda pul yoxdur deyə 500 000 təklif edirlər 1 mln. əvəzinə. Soruşuram ki, 15 il əvvəl qiyməti nə qədər idi həmin obyektik. Deyir ki, heç 100 000 deyildi. Ona deyirəm ki, axı niyə 15 il əvvəlki 100 000 qiymətini ədalətsiz, 2-3 il əvvəlki 1 mln qiymətini ədalətli hesab edirsiz? İnsanlarımız bazar iqtisadiyyatını tam dərk etmir. Bu gün 500 000 qiymətlə alırlarsa, demək, qiyməti də elə budur. Sabah bəlkə 200 000 olacaq, onda nə edəcəksən? Amma insanlarımız psixoloji baryeri aşıb satmaq istəmir ki, borcundan çıxsın. Nəticədə həm borcların səviyyəsi artır, həm də əmlakın qiyməti hələlik düşmür. Amma əvvəl-axır onların hamısı satmalı olacaq, sadəcə onda qiymətlər tam çökəcək”.



Xəbər 2054 dəfə oxunub.




22.01.2025  01:36 

Türkiyədə güclü zəlzələ oldu

21.01.2025  20:05 

Türkiyədə matəm elan olundu

21.01.2025  18:08 

Meloni yenə diqqət çəkdi

21.01.2025  15:15 

Hərbçimiz vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +