Kobaxidze və Paşinyan arasında görüş olub
Sertifikasiyası olmayan 45 nəfər aşkar edilib -VİDEO
Biləsuvarda bıçaqlanma hadisəsi baş verib
Bizim üçün çox vacib oyundur, mübarizə aparacağıq -Qurbanov
Baş nazir Tiflisə səfərə gedib
Bu ərazilərdə qaz olmayacaq
Azərbaycan Ermənistana bu məhsulu niyə buraxdı? - Ekspert
Güləşçimiz dünya çempionatının qalibi olub -FOTO
Diqqət: AZAL-ın bu reysi I terminaldan qalxacaq
Ermənilər İlham Əliyevin qərarını niyə alqışlayır?


21.10.2025  13:30 

YAP-çılar arasında gərginlik... - Mehdiyev dumanı qatılaşır?





A+  A-

“Heç kim Aydın Mirzəzadəyə haqq vermir ki, öz şəxsi qənaətini ölkənin konstitusion nizamı kimi təqdim etsin”.

XəzərNews.az xəbər verir ki, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev YAP-çı deputat Aydın Mirzəzadəni öz qənaətinin ölkənin konstitusion quruluşu kimi təqdim etməkdə suçlayıb.

Alqış Musayevin öz “Facebook” profilində paylaşdığı həmin yazıda deputata qarşı ölçü götürülməsinə çağırış da edilib:

“Ramiz Mehdiyevin başı üzərindəki duman qatılaşmaqda davam edir. Bu dəfə millət vəkili Aydın Mirzəzadənin hesabina. YAP “Siyasi təhlil və informasiya” şöbəsi müdirinin analizi işləri heç də aydınlığa doğru aparmır.

Aydın Mirzəzadənin açıqlaması mövzünü bir az da tündləşdirir. Ramiz Mehdiyevi daha çətin və çıxılmaz bir duruma salır. Aydın Mirzəzadə “Yeni Musavata” açıqlamasında deyib: “Bu ittihamlar boş söhbətlərdir. Ramiz Mehdiyev hakimiyyətdə ikinci adam olub”…

Əksinə, Aydın Mirzəzadə belə yanaşmaqla, təsdiqləyir ki, bu ittihamlar əsla boş söhbət-zad deyil.

Nə üçün?..

Hər bir kəsin bir başqasına şəxsi münasibəti ola bilər.

Və hiss olunur ki, millət vəkilinin Ramiz Mehdiyevə qarşı daxili bir sevgisi var. Olsun və buna görə onu heç kim günahlandıra bilməz və günahlandırmır.
O, istəsə, Ramiz Mehdiyevı ikinci yox, birinci şəxs kimi də görə bilər.
Bu, Aydın müəllimin özəl hüququ və haqqıdır.

Amma Konstitusiya, dövlətçilk bir başqadır.

Heç kim Aydın Mirzəzadəyə haqq vermir ki, öz şəxsi qənaətini ölkənin konstitusion nizamı kimi təqdim etsin. Ramiz Mehdiyevin “hakimiyyətdə ikinci adam” olmasını iddia etmək birbaşa respublikamızın dövlət quruluşuna qarşı həqarətdir.

Azərbaycan Konstitusiyasına görə, 2001-ci ilə qədər ölkənin ikinci şəxsi Milli Məclisin sədri, 2001- ci ildə edilən dəyişiklikdən 2016-ci ilə kimi baş nazir, 2016 cı ildə qəbul edilən referendumdan sonra respublikanın 1- ci vitse- prezidenti hesab olunur.

Göründüyü kimi, Ramiz Mehdiyevin hakimiyyətdə ikinci adam olması barədə iddianın əsasında heç bir hqüqi-normativ baza dayanmır. Və bunu bilə-bilə ikincilik savaşı açmaq, bu, artıq ambisiyadır, siyasi itaətsizlik nümunəsidir.
Elə məsələ də burasındadır ki…

Baxın, Ramiz Mehdiyev nədə suçlanır.

Səlahiyyətlərini aşmaqda, vəzifəsindən sui-iistifadə etməkdə, mövqeyndən irəli dayanmaqda, başqalarının ərazilərinə müdaxilə etməkdə…və nəhayət Aydın Mİrzazədənin dediyi kimi, heç bir hüquqi və haqqı olmadan hakimiyyətin ikinci şəxsi kimi davranmağında…

Əminəm ki ,YAP-da böyük əksəriyyət Mirzəzadənin fikirlərini bölüşmür .

Yaxşı olardı ki, növbəti açıqlamasında millət vəkili dedikəlrinə düzəliş versin.

Ən yaxşısı isə, YAP içra katibliyinin Aydın Mirzəzadənin mətbuatla təmaslarına məhdudiyyət tətbiq etməyi olardı…”


Xəbər 701 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.10.2025  23:09 

Baş nazir Tiflisə səfərə gedib

21.10.2025  22:27 

Bu ərazilərdə qaz olmayacaq

21.10.2025  14:59 

Yeni nazir kim olacaq?

21.10.2025  14:14 

Bu yol bağlanacaq

21.10.2025  11:57 

Kanada Netanyahunu həbs edəcək


BÜTÜN XƏBƏRLƏR +