Mehdiyevin nəvəsi 630 minlik maşınla gəzir
Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb


24.12.2020  13:17 

Koronavirusun müalicəsində bu heyvanın qanından istifadə edilə bilər





A+  A-

ABŞ Milli Səhiyyə İnstitutunun tədqiqatçıları “COVID-19”un müalicəsində istifadə etmək üçün lama heyvanlarından götürdükləri “Cormac” adlı nano antikorları test ediblər.
XəzərNews.az xəbər verir ki, aparılan testlərin nəticələrinə əsasən lamalardakı nano antikorların “COVID-19-a qarşı təsirli olduğu müəyyən edilib.

Araşdırmanı aparan elm adamları lama, alpaka və dəvə kimi heyvanlarda tapılan “NIH-CoVnb-112” antikorunun insan antikorlarına nisbətən daha kiçik və 10 qat daha güclü olduğunu və bu baxımdan koronavirusun müalicəsində və xəstəliklərin qarşısının alınmasında təsirli ola biləcəyini bildiriblər.

Laboratoriya təcrübələri “Cormac” adlı lamadan alınan nano antikorların “COVID-19”a səbəb olan “SARS-CoV-2” virusunun zülalına yapışdığını və onu təsirsiz hala gətirdiyini göstərib.

“Bu anti-COVID-19 antikorlarının koronavirus epidemiyası ilə mübarizədə yüksək dərəcədə təsirli və çox yönlü ola biləcəyinə ümid edirik”,- deyə tədqiqat qrupunun rəhbəri professor Devid Brodi qeyd edib.

Xəbər 3422 dəfə oxunub.




29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +