Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb


24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi





A+  A-

Ötən tədris ilində Prezident təqaüdünə layiq görülmüş tələbələrdən 11 nəfərin 2025/2026-cı tədris ilinin payız semestri üzrə təqaüdünün verilməsi dayandırılıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Bakı Ali Neft Məktəbindən (BANM) məlumat verilib.

SOCAR-ın Bakı Ali Neft Məktəbindən bildirilib ki, hazırda Bakı Ali Neft Məktəbində ümumilikdə 90 tələbə Prezident təqaüdünü almaqdadır.

Əlavə olaraq qeyd edilib ki, Prezident təqaüdünün verilməsi və ya dayandırılması tələbələrin hər semestr üzrə akademik göstəricilərinə əsasən müəyyən olunur.

BANM-dan verilən məlumata görə, müvafiq göstəriciləri növbəti semestrdə yaxşılaşdıran tələbələr üçün təqaüdün bərpası nəzərdə tutulur.

Azərbaycan ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 2025-ci il sentyabrın 1-dən 350 manat müəyyən edilib.(Modern.az)

Xəbər 2903 dəfə oxunub.



25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +