Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
Milyonlarla borcu olan MKTB-lər... - Siyahı
Atasının pullarını oğurlayıb əyləncə klublarında xərclədi
Adnan Əhmədzadə bu şirkətdəki bütün səhmlərini itirdi
Rəisin həbsi ilə bağlı detallar... - Rüşvət alıb
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - Foto
Səhhəti normaldır, xanımı ilə qalır... - Mehdiyevin Qənbəri danışdı
AZAL-dan məcburi eniş edən təyyarə ilə bağlı... - Açıqlama
ANAMA-nın əməkdaşı Xocavənddə ayağını itirdi
Cinayətkar kimdirsə, cəzasını alacaq... - Mehdiyevin əsas adamı


20.10.2025  12:28 

“Azərbaycan QHT-ləri: 138 günlük Şuşa aksiyasından qlobal platformaya”





A+  A-

Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev azad Xankəndidə keçirilən Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda çıxış edərək, son illərdə vətəndaş cəmiyyətinin keçdiyi mühüm mərhələlərdən danışıb.

XəzərNews.az Qht.az-a istinadən xəbər verir ki, Tural Əliyev bildirib ki, 2022-ci ilin dekabrında Azərbaycan QHT-lərinin Şuşada Xankəndi–Laçın yolunda qurduğu post ölkə tarixində ən uzunmüddətli və fasiləsiz etiraz aksiyası kimi yadda qaldı:

“138 gün davam edən bu aksiyanın hər günü mübarizə, həmrəylik və vətənpərvərliklə keçdi. 2023-cü ilin sentyabrında dövlət suverenliyinin tam bərpası əməliyyatı həmin prosesin məntiqi yekunu oldu, 15 oktyabrda isə Prezident İlham Əliyev Xankəndidə Azərbaycan Bayrağını ucaltdı – bununla da erməni separatizminin sonu gəldi“.

O qeyd edib ki, bu gün azad Xankəndidə Azərbaycan QHT-lərinin toplanması rəmzi məna daşıyır. Vətən müharibəsindən ötən 5 ildə Azərbaycan vətəndaş cəmiyyəti dövlətin yanında dayanaraq milli maraqları müdafiə edib. Artıq dövlət–QHT münasibətləri “yardım modeli” çərçivəsindən çıxaraq, etimad və şəffaflıq əsasında qurulub. Məqsəd yalnız layihələr maliyyələşdirmək deyil, onların ictimai təsirini ölçmək və dəyərlərə çevirməkdir.

Tural Əliyevin sözlərinə görə, Azərbaycan QHT-lərinin son iki ildə ən böyük uğuru beynəlmiləlləşməkdir. COP29 dövründə 137 ölkədən BMT statuslu 1023 QHT-nin Azərbaycanın lehinə bəyanat verməsi tarixdə ilk dəfə baş verib:

“2025-ci ilin aprelində isə Bakı Qlobal Cənub QHT Platformasının təsis olunduğu yer kimi tarixə düşüb. Dünya əhalisinin 80%-nin yaşadığı bu regionun vətəndaş cəmiyyətini ilk dəfə məhz Azərbaycan QHT-ləri birləşdirib.

Platformanın qərargahı Bakıda yerləşir və 2026-cı ilin mayında Baş Assambleya da məhz Bakıda keçiriləcək.

Həmçinin, İslam Səkkizliyi (D8) ölkələrinin QHT-lərinin ilk görüşü də Azərbaycan təşəbbüsü ilə reallaşıb.

Azərbaycan və Özbəkistan QHT-ləri arasında əməkdaşlıq çərçivəsində ilk birgə qrant müsabiqəsi elan olunacaq. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Azərbaycan QHT-lərinin xarici tədbirlərinin sayı son iki ildə 3,5 dəfə artıb. 2022-ci ildə 7 tədbir keçirilmişdisə, 2024-cü ildə bu rəqəm 25-ə yüksəlib.

“Gilavar” Foto Klubu İctimai Birliyinin təkbaşına 4 Avropa ölkəsində – Almaniya, Fransa, Belçika və Niderlandda tədbirlər keçirməsi QHT sektorunda uğurlu komanda işinin nümunəsi kimi qeyd olunub“.

Tural Əliyev bildirib ki, artıq Azərbaycan QHT-lərinin fikirləri BMT səviyyəsində istinad mənbəyinə çevrilib. BMT Baş katibinin son hesabatında “Bakı Təşəbbüs Qrupu”nun sənədinə istinad edilməsi bunun bariz nümunəsidir. Eyni zamanda, “Qarabağ İtkin Ailələri” İctimai Birliyi də BMT-nin Avropa Ofisində ilk dəfə dinlənilib:

“Hazırda QHT sektorunda kəmiyyət deyil, keyfiyyət ön plana çıxır. 2024-cü ildə yeni QHT-lərin dövlət qeydiyyatına alınması 2022-ci illə müqayisədə 4 dəfə azalıb, bu isə fəaliyyətin daha məsuliyyətli və peşəkar şəkildə həyata keçirildiyini göstərir“.

Tural Əliyev vurğulayıb ki, xarici donorlarla əməkdaşlıq yalnız Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış sənədlər əsasında mümkündür. Qanundan yayınma halları ciddi pozuntu hesab olunur:

“Gələcək dövrdə QHT-lərlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur.
Bəzi saxta orden və medallar paylayan təşkilatlara qarşı da ictimai qınaq artmaqdadır“.

Sonda o bildirib ki, Azərbaycan vətəndaş cəmiyyətini yeni imkanlar və böyük uğurlar gözləyir. Əldə olunan nəticələr bizi arxayınlaşdırmamalı, əksinə, daha böyük məqsədlərə aparmalıdır.

“Ümummilli Lider Heydər Əliyevin yolu, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi Azərbaycanı qələbədən qələbəyə aparır. Bu zəfər yolunda sıralarımız möhkəm, addımlarımız qəti, torpağımız basılmaz olsun”, – deyə Tural Əliyev vurğulayıb.

Xəbər 561 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +