Mehdiyevin nəvəsi 630 minlik maşınla gəzir
Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb


21.10.2025  22:20 

Azərbaycan Ermənistana bu məhsulu niyə buraxdı? - Ekspert





A+  A-

Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırması və ilk belə tranzit yük olan Qazaxıstan taxılının Ermənistana daşınmasına başlanılması Baş nazir Nikol Paşinyanın ölkəsi daxilində mövqelərini gücləndirəcək. Bu, Azərbaycanın da maraqlarına uyğundur.

XəzərNews.az Axar.az-a istinadla xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu qazax taxılının Azərbaycandan keçməklə Ermənistana ötürülməsi haqda qeyd edib.

“Nikol Paşinyan gələn ilin iyun ayında keçiriləcək parlament seçkilərinə hazırlaşır. O, erməni cəmiyyətinə Azərbaycanla sülhün vacibliyini təlqin etdiyi halda, radikallar, o cümlədən kilsə bunun əleyhinə çıxır. Yüklərin Azərbaycan üzərindən daşınmağa başlanılması Paşinyanın tərəfdarlarının sayını artırmalıdır. Təsadüfi deyil ki, erməni rəsmilər bir ağızdan Azərbaycan Prezidenti İlham Əliyevin qərarını alqışlayıblar. Paşinyana qarşı radikal mövqedə olanların arqumenti zəiflədi. Onlar deyə bilməzlər ki, Azərbaycan üzərindən tranzit yükləri qəbul etməyin”, - politoloq vurğulayıb.

Xəbər 648 dəfə oxunub.




29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +