Diqqət: AZAL-ın bu reysi I terminaldan qalxacaq
Ermənilər İlham Əliyevin qərarını niyə alqışlayır?
Direktor və müavini işdən azad edildi
Moskvalılar ilk görüşdə yaxın münasibətə necə baxır?
Putinin təyyarəsi ilə bağlı təxribata... - Cavabı sarsıdıcı olacaq
AFFA “Neftçi“ni 9 700 manat cərimələdi
Fərman Abbasov vəzifəsindən atıldı
“Okean Avtosalon“da yeni cinayət işi
Bu idarə 300 min manatlıq dəftərxana ləvazimatı alıb
Klinikanın külli miqdarda vergi borcu var


21.10.2025  12:29 

Florensiyada Azərbaycan nəfəsi: Orxan Məmmədovun “YAMA-ART” sərgisi sənət dünyasını heyran etdi - Foto





A+  A-

Oktyabr ayının 17-si İtaliyanın sənət mərkəzlərindən biri olan Florensiyada azərbaycanlı rəssam Orxan Məmmədovun “YAMA-ART” adlı fərdi yaradıcılıq sərgisinin açılışı baş tutub. Sərgi 1956-cı ildən fəaliyyət göstərən və şəhərin mədəni həyatında özünəməxsus yeri olan Gadarte Qalereyasında təşkil olunub.

XəzərNews.az xəbər verir ki, ekspozisiyada rəssamın 16 orijinal tablosu nümayiş olunur.

Orxan Məmmədov 2002-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirdikdən sonra fərdi yaradıcılıq fəaliyyətinə başlayıb və bu illər ərzində həm yerli, həm də beynəlxalq sərgilərdə öz imzasını təsdiqləyib. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan sənətkar, özünəməxsus texnikası və bədii axtarışları ilə seçilir. Onun yaradıcılığının əsas xüsusiyyəti – ənənəvi rəngkarlıqla qədim qurama (qırx yama) sənətinin orijinal sintezidir. Rəssam kətan üzərində yağlı boya ilə çəkdiyi rəsmləri kəsib fraqmentlərə ayırır, sonra isə bu hissələri bir-birinə tikərək yeni, dinamik kompozisiyalar yaradır.

Bu üsulda o, həm vizual, həm də mənəvi qatlarda bütövlüyün parçalanması və yenidən birləşməsi ideyasını ifadə edir. Rəssamın bəzi əsərlərində istifadə etdiyi kəndir elementi isə xüsusi simvolik məna daşıyır: o, tamaşaçı ilə əsər arasındakı bağın – düşüncə və hisslərin rabitəsinin bir növ açarına çevrilir.

O.Məmmədovun bu texnikada yaratdığı əsərlər “YAMA-ART” adı altında tanınır. Onun eyni adlı ilk fərdi sərgisi 2025-ci ilin iyul ayında Gürcüstanın Batumi şəhərində, Acarıya Muzeyində baş tutub və gürcü sənət ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.

Rəssamın İtaliyadakı fəaliyyəti də diqqətəlayiqdir. O, vaxtaşırı bu ölkədə keçirilən sənət tədbirlərində iştirak edir və 2025-ci ilin oktyabr ayı onun yaradıcılıq yolunda xüsusi mərhələ sayılır. Çünki Florensiyadakı fərdi sərgisi ilə yanaşı, o, həm də İtaliyanın ən böyük sənət tədbiri – Florensiya Biennalesində Azərbaycanı təmsil edir.

Orxan Məmmədovun sənətinə italyan sənətşünaslarının marağı da artmaqdadır. “La Toscana Nuova” jurnalının oktyabr buraxılışında Florensiyalı sənətşünas Federiko Napoli rəssamın yaradıcılığına həsr olunmuş məqaləsində onun əsərlərinin bədii dəyəri və konseptual dərinliyindən bəhs edib.

Florensiyanın qədim ruhunu Azərbaycan rəng duyumu ilə birləşdirən bu sərgi, mədəniyyətlərarası dialoqun gözəl nümunəsidir. “YAMA-ART” sərgisi oktyabr ayının sonunadək ziyarətçilərin üzünə açıq olacaq və müasir Azərbaycan incəsənətinin orijinal nəfəsini Avropa sənət aləminə tanıtdırmaqda mühüm rol oynayacaq.



















Xəbər 1280 dəfə oxunub.



21.10.2025  14:59 

Yeni nazir kim olacaq?

21.10.2025  14:14 

Bu yol bağlanacaq

21.10.2025  11:57 

Kanada Netanyahunu həbs edəcək

21.10.2025  11:11 

PUA-lar Rostovu vurdu


BÜTÜN XƏBƏRLƏR +