Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib
Bu gün Super Ay hadisəsi müşahidə olunur
ADDA-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib
İş adamı saxlanıldı: Oteli əxlaqsızlıq yuvasına çeviribmiş
Prezident daha bir sərəncam imzalayıb
Gürcüstandakı əməliyyatda azərbaycanlı öldürülüb?
Daha bir sosial ev dələduzluğu
FHN 1 ədəd 3 otaqlı evi 91 min manata tikdirəcək
Heydərov Mehdiyevə villa bağışlayıb? - Özü danışdı
Bakıda restoranda yanğın başlayıb


05.11.2025  19:01 

“2020-də 44 gün” adlı kitabın rəssamı danışdı: Sonsuzluq nişanı...





A+  A-

Xəbər verdiyimiz kimi, dünən Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) təşəbbüsü ilə Bakıdakı Ukrayna Mərkəzində hərbi-siyasi icmalçı Oleksandr Kovalenkonun qələmə aldığı, Ukrayna və rus dillərində nəşr olunan “2020-də 44 gün” adlı kitabın təqdimatı keçirildi. Təqdimatda diqqət çəkən və iştirakçıların marağına səbəb olan məqamlardan biri də kitabın üz qabığının dizaynı ilə bağlı oldu.

Bu barədə XəzərNews.az-a danışan dizaynın müəllifi, tanınmış rəssam Aygül Cəfərova bildirib ki, belə bir təklifi alanda qürur hissi keçirib. Uzun müddət ailəsi ilə birgə Ukraynada yaşadığını diqqətə çatdıran A.Cəfərova müəllifin də ukraynalı olduğunu nəzərə alaraq kitabın üz qabığını hazırlayanda çətinlik çəkmədiyini, onun nə istədiyini bildiyini vurğulayıb.

“Bu həm də bizim şanlı tariximizdir. Mütləq keçmişlə gələcək simvolizə olunmalı idi. Elə də etdik, kitabının üz qabığı xüsusi bədii və simvolik məna daşıyır. Təqdimat zamanı da bu rəmzi tərtibatın mahiyyətini izah edərək qeyd etdim ki, üz qabığında təsvir olunan sonsuzluq nişanı iki reallığın - müharibənin ağrısı və qələbənin işığı vəhdətini əks etdirir”, - deyən rəssamın fikrincə, sonsuzluq nişanının bir tərəfi müharibənin başlanğıcını, yəni qaranlığı, dağıntıları, xalqın keçdiyi ağrılı yolu və şəhidlərin fədakarlığını simvolizə edirsə, digər tərəfi dirçəlişin, azadlığın və Zəfərin təcəssümüdür.

A.Cəfərova qeyd edib ki, bu qarşılıqlı harmoniya, faciə ilə qürurun, itki ilə ümidi, keçmişlə gələcəyin əlaqəsini bədii şəkildə bir araya gətirir: “Kitabın üz qabığı sadəcə estetik bir tərtibat deyil, həm də milli yaddaşın və kollektiv emosional təcrübənin vizual ifadəsidir. Bu dizayn müharibə və qələbə mövzularının yalnız xronoloji deyil, həm də fəlsəfi və mənəvi səviyyədə dərk edilməsinə xidmət edir”.

Qeyd edək ki, Aygül Cəfərovanın yaradıcı yanaşması göstərir ki, sənət təkcə hadisəni təsvir etmir, eyni zamanda ona xüsusi anlam qatır və yaddaşlarda dərin iz buraxır. “2020-də 44 gün” kitabının üz qabığı da məhz bu funksiyanı yerinə yetirərək oxucunu həm düşünməyə, həm də xatırlamağa dəvət edir.




Xəbər 836 dəfə oxunub.




05.11.2025  18:05 

Daha bir sosial ev dələduzluğu

05.11.2025  13:27 

Prezident sərəncam imzaladı

05.11.2025  11:40 

Xəzər dənizində zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +